Natiq Cəfərli Zahid Orucun sərhəd arqumentlərini tənqid etdi REAKSİYA
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan və Ermənistan sərhədləri açıq saxlayıb milyardlar qazandı
“Zahid Orucun gətirdiyi rəqəmlər də, arqumentlər də yanlışdır, hətta Dövlətimiz adına zərərlidir...”
Millət vəkili Zahid Oruc quru sərhədlərin bağlı saxlanmasının səbəblərini izah edib. Millət vəkilinin açıqlamasını sosial şəbəkə hesabında paylaşan iqtisadçı Natiq Cəfərli arqumentləri əsassız saydığını bildirib: - Sitat: Məsələ ondadır ki, quru sərhədlərin bağlı qalması sırf tranzit və hava nəqliyyatı ilə məhdud əlaqələr yaradır və bu imkanlardan da yalnız məhdud sayda insan faydalana bilir. Dövlət rəhbəri heç vaxt istəməz ki, xalqı üçün həyati əhəmiyyət daşıyan ailəvi, məişət və humanitar əlaqələr süni şəkildə uzadılsın. Ancaq təhlükəsizlik prioritet olaraq qalır. Gürcüstan və Ermənistan bu cür məhdudiyyətlər tətbiq etmədiyi halda belə, müharibə zonalarından yüz minlərlə insan həmin ölkələrə axın edib. Əgər bizim sərhədlər açıq olsaydı, xüsusilə İsrail–İran qarşıdurması dövründə yüz minlərlə insanın – o cümlədən soydaşlarımızın – Azərbaycan ərazisinə kütləvi axını ilə üzləşə bilərdik”. Natiq Cəfərli qeyd edib ki, millət vəkilinin açıqlaması təəccüb doğurur: - Birincisi, Gürcüstan və Ermənistan bizdən zəif ölkələrdir, bizim ordumuz, təhlükəsizlik orqanlarımız güclüdür, amma onlarda quru sərhədlər açıqdır və heç birinə yüzminlərlə insan axın etməyib. Rəsmi statistikaya baxsaq, Gürcüstana Rusiyadan 2022-ci ildə 62 304 nəfər gəlib, 5 935 nəfər gedib, 2023-cü il 52.627 gəlib, 35.344 gedib, 2024 — 23.574 gəlib, 25.612 gedib. Bu, ancaq yaşamaq üçün müraciət edənlərin sayıdır, turist kimi bir neçə gün, həftəlik gələnlər bura aid deyil. Quru sərhədlər açıq olduğu üçün Gürcüstan tək rusiyalı turistlərdən 2022-2024-cü illər arası 2 mlrd. dollara yaxın, 2025-ci ilin ilk 11 ayında isə 850 mln. dollar pul qazanıb. Üçüncüsü, 2022-ci ildən bu günə qədər Ermənistana cəmi 40000 Rusiya vətəndaşı köçüb, 2022-ci ildən 2025-ci ilə qədər 120 min rusiyalı yaşamaq üçün müraciət edib, amma cəmi 40 mini orada qalıb. Ermənistan müharibə illərində Rusiyadan turizm, ticarət və s. istiqamətdə milyardlarla, bəli, milyardlarla pul qazanıb.
N.Cəfərli bldirir ki, Zahid Oruc İranda yaşayan soydaşlarımızın axın edəcəyini deyir:
- Əvvəla, soydaş deyiriksə, gözümüz üstündə yerləri var, ikincisi, Türkiyə ilə İranın 3 quru sərhəd keçid məntəqəsi var, 2 həftəlik müharibədə İrandan Türkiyəyə keçidlərdə ciddi artım olmadı, adi qaydada keçidlər olmuşdu, adi günlərə nisbətdə artım cəmi 10 faiz olmuşdu. 12 günlük müharibədə Ermənistan-İran quru sərhəddi də açıq idi, cəmi 20 min iranlı bu 2 həftədə Ermənistana keçmişdi, sonra da qayıtdılar. 2024-cü ildə İrandan Ermənistana 180 min turist gəlib, hər biri, ortalama 390 dollar pul xərcləyiblər. Beləliklə, Zahid Orucun gətirdiyi rəqəmlər də, arqumentlər də yanlışdır, hətta Dövlətimiz adına zərərlidir...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















