Icma.az
close
up
RU
Natiq Qasımovun adı verilən məktəbin direktoru: Çoxdan idi ki, buna çalışırdıq!

Natiq Qasımovun adı verilən məktəbin direktoru: Çoxdan idi ki, buna çalışırdıq!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə  Milli Qəhrəman Natiq Qasımovun adı verilib. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb

Natiq Qasımovun adının 4 nömrəli tam orta məktəbdə əbədiləşdirlməsi təhsil ocağının kollektivini qürurlandırıb.
Bunu Modern.az-la həmsöhbət olan məktəbin direktoru Zaur Müseyibov deyib.
O bildirib ki, Milli Qəhrəmanın adını daşıyan məktəbə rəhbərlik etmək fəxarət hissi doğurur:

“Mən məktəbə bu il may ayın 6-da təyin olunmuşam. Gəldiyim gündən təhsil ocağına Natiq Qasımovun adının verilməsi üçün çalışmışam. Nəhayət arzumuz gerkəkləşdi. Çalışacağıq ki, məktəbimiz Natiq Qasımovun adına layiq olsun. Mən özüm də 4 nömrəli məktəbdə oxumuşam, 22 il burada fəaliyyət göstərmişəm. Məktəbə direktor təyin olunduğum gündən girişdə Natiq Qasımovun barelyefinin qoyulmasına nail olmuşam".

Direktorun sözlərinə görə, 4 nömrəli məktəb 1980-ci ildən fəaliyyət göstərir:

“2023-2024-cü tədris ilində bir şagirdimiz fənn olimpiadalarında tarix fənni üzrə gümüş medal qazanıb. Eyni zamanda, bir şagirdimiz də 27 sentyabr və 8 noyabrda keçirilən inşa müsabiqəsinin qalibi olub”.
Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq, təkbaşına savaşı davam etdirib. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqaləsin təsvir edilib.
Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.
Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milli Qəhrəmanın harada dəfn olunduğu naməlum olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri