NATO Aİ ni Türkiyə ilə əlaqələri gücləndirməyə çağırır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rutte xüsusi olaraq Avropa İttifaqı liderlərini təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti NATO baş katibinin açıqlamaları ilə bağlı məlumat verən rəsmilərə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, buna ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Avropa təhlükəsizliyi ilə bağlı mövqeyi səbəb olub.
FT-nin məlumatına görə, Brüssel Avropanın müdafiə qabiliyyətinin artırılması çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər ölkələrlə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır.
Rəsmilərin sözlərinə görə, Ankara ilə əlaqələri genişləndirmək həm də Aİ ölkələri ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına yönəlib.
Qəzet xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində Londonda Ukrayna ilə bağlı iclasda iştirak edib. Bu, Ruttenin fevral ayında Aİ liderləri ilə qapalı şam yeməyində söylədiyi fikirlərdən sonra olub. Burada o, Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və müzakirələrlə tanış olan üç nəfərin sözlərinə görə, orada iştirak edənləri Ankara ilə daha çox əlaqə saxlamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:Türkiyə NATO nun dağılacağı təqdirdə Aİ ni öz güc mərkəzi yaratmağa çağırır
06 Mart 2025 11:19
Türkiyə Aİ və BMT ni İsraili dayandırmağa çağırır
12 Sentyabr 2025 08:09
NATO nun baş katibi Aİ liderlərini Ərdoğanla qarşılıqlı əlaqələri gücləndirməyə çağırıb
11 Mart 2025 14:02
Niderlandın Baş naziri Aİ miqrasiya nəzarətini gücləndirməyə çağırır
10 İyun 2025 23:55
Kopenhagen Aİ ni “köməyə” çağırır
03 Fevral 2025 18:39
Baxış sayı:76
Bu xəbər 11 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















