NATO nun baş katibi Aİ liderlərini Ərdoğanla qarşılıqlı əlaqələri gücləndirməyə çağırıb
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini ləğv etməklə hədələmələri fonunda NATO Avropa İttifaqı (Aİ) və Türkiyəni münasibətlərini yaxşılaşdırmağa çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, NATO-nun baş katibi Mark Rutte özəl olaraq Aİ liderlərini illərlə davam edən gərgin münasibətlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qarşılıqlı əlaqələri gücləndirməyə çağırıb.
Qeyd olunub ki, bu, Brüsselin Avropanın müdafiə imkanlarının genişmiqyaslı artırılması çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər ölkələrlə əməkdaşlığı gücləndirmək yollarını axtardığı bir vaxta təsadüf edir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















