NATO Baş katibi: Rusiya Ukraynada xarici hərbi qüvvənin mövcudluğu ilə bağlı qərar verə bilməz
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ukraynaya xarici ölkə qoşunlarının göndərilməsi Rusiyanın qərar verəcəyi məsələ deyil.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Ukraynaya Avropadan hərbi kontingentin göndərilməsi ilə bağlı etirazına cavab olaraq deyib.
“Niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz”, - Rutte vurğulayıb.
NATO Baş katibi Rusiya lideri Vladimir Putini çox güclü hesab etməyin doğru olmadığını bəyan edib.
“O sadəcə Texas ştatının qubernatorudur, vəssalam. Gəlin onu çox ciddi hesab etməyək”, - Rutte qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















