Icma.az
close
up
RU
NATO bir neçə ildir ki, Cənubi Qafqazda möhkəmlənməyə çalışır Zaxarova

NATO bir neçə ildir ki, Cənubi Qafqazda möhkəmlənməyə çalışır Zaxarova

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO bir neçə ildir ki, Cənubi Qafqazda daxil olmağa və möhkəmlənməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Cənubi Qafqaz ölkələrinin mətbuatında qurumla əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi ilə bağlı yazıları şərh edərkən deyib.

Onun sözlərinə görə, alyansın məqsədi bəllidir - region ölkələrinin potensialından və resurslarından kollektiv Qərbin maraqları naminə istifadə etmək. Xüsusən də Rusiya ilə geosiyasi qarşıdurma kontekstində.

“Onlara postsovet məkanında bərabərhüquqlu münasibətlər lazım deyil, onlar resursları ələ keçirmək, ölkələri bir-birinə qarşı qoymalı, hər şeyi yandırmalı və özlərini tipik müstəmləkəçilər, imperialistlər kimi aparmalıdırlar. Ümid edirik ki, region ölkələri, o cümlədən Ermənistan və Azərbaycan vəziyyətin gərginləşdirilməsi, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi risklərindən xəbərdardır. Bunun necə bitdiyini hamı bilir”, - deyə Zaxarova bildirib.

O deyir ki, harda ittifaq yaranırsa, qarşıdurma qoyulur, gərginlik artır, “sülh” və “sabitlik” sözləri unudulur. Əvəzində Qərbin tətbiq etdiyi “yeni norma” gəlir. Zaxarova əvvəllər bəyan edib ki, NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün yaxşı heç nə gətirmir və onun əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır.

Qadir, Bizimyol.info

P.S: Maraqlıdır ki, Zaxarovanın bu fikirlərini təkcə Rusiyanın mövqeyi kimi deyil, həm də Cənubi Qafqazın mövcud geosiyasi reallıqları çərçivəsində analiz etmək faydalıdır. Hər bir dövlətin öz strateji maraqları var və bu maraqlar bölgədəki tarazlığı dəyişir. Lakin Zaxarovanın Qərbi ittiham edərkən istifadə etdiyi ritorika qəribə bir şəkildə məhz Rusiyanın öz davranış modelinə uyğun gəlir.

"Resursları istismar etmək, ölkələri bir-birinə qarşı qoymaq, hər şeyi dağıdıb viran qoymaq" kimi ittihamlar, əslində Rusiyanın son onilliklərdəki fəaliyyətini daha çox xatırladır. İnanmayanlar üçün yalnız iki nümunə kifayətdir: otuz il ərzində işğal altında qalmış və xarabalığa çevrilmiş Qarabağ əraziləri və son üç ildə viran edilən Ukrayna şəhərləri.

XİN sözçüsünün hədə-qorxu dolu ritorikası əvəzinə, daha konstruktiv və hörmətə əsaslanan yanaşma sərgiləməsi gözlənilərdi,  əgər o, Kreml məmuru olmasaydı. O, doğrudan da regionda sabitlik və təhlükəsizlik istəyirsə, onda ilk növbədə hökumətindən qonşu dövlətlərin suverenliyinə və xalqlarının hüquqlarına hörmətlə yanaşmağı tələb etməlidir. Günahsız insanların təyyarədə atəşə tutulması, gecə saatlarında evlərə basqınlar edilməsi, milli kimliyinə görə insanlara işgəncə verilməsi və onların öldürülməsi kimi vəhşiliklərə son qoyulması daha aktual və humanist bir tələb olardı. Amma Moskva hər zaman hədə ilə danışmağa vərdişgardır, başqa yol bilmirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri