Zaxarova: NATO nun Cənubi Qafqazda keçirdiyi təlimlər sabitliyi pozur
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya NATO-nun Cənubi Qafqaz ölkələri ilə keçirdiyi hərbi təlimlərdən narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu təlimlər bölgədə təhlükəsizliyi artırmaq yox, əksinə, vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Zaxarova qeyd edib ki, aprelin 28-də Gürcüstanda NATO-nun rəhbərliyi ilə hərbi təlimlər keçirilir və burada 17 ölkə, o cümlədən Azərbaycan və Ermənistan iştirak edir.
O vurğulayıb ki, NATO bu təlimlər vasitəsilə region ölkələrinə öz hərbi qaydalarını və ideologiyasını zorla qəbul etdirməyə, həmçinin onların ordularına nəzarət etməyə çalışır.
Zaxarovanın sözlərinə görə, NATO-nun əsas məqsədi Cənubi Qafqaz ölkələrinin imkan və resurslarını Qərbin maraqları naminə, xüsusilə Rusiya ilə geosiyasi qarşıdurmada istifadə etməkdir.
"Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan kimi ölkələr bu cür təlimlərdə iştiraka tənqidi və ehtiyatlı yanaşacaqlar",- o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















