Icma.az
close
up
RU
NATO blokadasına düşən Kreml ABŞ ı savaşla təhdid edir: Rusiya tədricən hərbi siyasi intihara sürüklənir

NATO blokadasına düşən Kreml ABŞ ı savaşla təhdid edir: Rusiya tədricən hərbi siyasi intihara sürüklənir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda ABŞ və Qərbin təhlükəsizlik sistemi radikal şəkildə dəyişir, neytral ölkələr NATO-ya doğru hərəkət edir, Şərqi Avropa isə qətiyyətlə kollektiv müdafiə platformasını gücləndirir... Bu hərbi-siyasi proseslər üçün yeganə katalizatoru olan Kreml istədiyi “təhlükəsizlik bufer zonası” əvəzinə, indi Rusiyanın ətrafında NATO ölkələrinin geopolitik mühasirə çevrəsi ilə qarşılaşıb...

Ukrayna savaşından öncə NATO-nun gələcək taleyi olduqca ciddi mübahisə mövzusuna çevrilmişdi. Qərbdə bəzi siyasi dairələri hətta NATO-nun dövrünün sona çatdığını və bu hərbi-siyasi alyansın tezliklə demontaj edilməsinin vacibliyini iddia edirdilər. Üstəlik, Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın NATO sıralarını tərk edəcəyi də bildirilirdi. Və bu baxımdan, NATO ətrafında indi cərəyan edən proseslər bütün bunlarla kəskin ziddiyyət təşkil edir.

Məsələ ondadır ki, hazırda Avrapa və Atlantik geosiyasi məkanında həm bir-birini tamamlayan həm də bir o qədər ziddiyyətli proseslər baş verir. Avstriyanın NATO-ya yaxınlaşma siqnalları, Serbiyanın Rusiya ilə münasibətlərdə tərəddüdlü mövqeyi, prezident Donald Trampın Rusiyaya verdiyi qısa müddətli ultimatum, və ABŞ-ın Avropaya nüvə silahı yerləşdirməsi bir-birinə paralellik təşkil edir. Ən əsası isə bütün bunlar qlobal təhlükəsizlik sistemində tarazlığın artıq dəyişməyə başladığını göstərir. Bütün bu proseslərin fonunda isə Kremlin aqressiv davranışları Rusiya üçün əks effekt verir. Və NATO daha da birləşir, güclənir, genişlənir.

Avstriya xarici işlər naziri Beate Maynl-Rayzingerin Almaniyanın "Die Welt" nəşrinə verdiyi müsahibə, Mərkəzi Avropada strateji dəyişikliklərin siqnalı kimi qəbul olunur. Belə ki, o, Rusiya təhlükəsinin artması fonunda Avstriyanın neytrallığa yenidən baxmaq və NATO-ya üzv olmaq ehtimalını açıq şəkildə dilə gətirib. Bu, Avstriyanın 1955-ci il dövlət müqaviləsinin ruhuna zidd olsa da, real təhlükəsizlik çağırışlarının təzyiqi altında verilən reaksiyadır.

Avstriyanın bu addımı təkcə onun təhlükəsizliyinin təminatına yönəlməyib. Bu həm də Kremlin təhdid ritorikasına verilən strateji cavabdır. Rusiyanın son illərdə göstərdiyi təcavüzkar davranışlar — istər Ukrayna müharibəsi, istərsə də Baltikyanı və Balkan bölgələrində hibrid təzyiqlər Avropada "neytrallığın artıq kifayət etmədiyi" qənaətini dərinləşdirib.

Rusiyanın uzun illərdir ki, NATO-nun genişlənməsinə qarşı çıxmasına baxmayaraq, bu siyasət hazırda Kreml üçün istədiyinin əksini doğurmağa başlayıb. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində ənənəvi neytral ölkələr olan İsveç və Finlandiya NATO sıralarına qatıldı. Bu isə Kreml üçün Rusiyanın Qərb sərhədlərinin faktiki olaraq, tamamilə NATO-nun nəzarətinə keçməsi və hərbi-strateji mühasirə prosesinin yekunlaşması anlamı daşıyır.

Kreml uzun müddət ABŞ və Qərbə qarşı güc nümayiş etdirməklə, Rusiya üçün “təhlükəsizlik zəmanətləri” tələb edirdi. Ancaq nəticədə öz aqressiv ritorikası və hərbi təcavüzü ilə Avropanı Rusiyanın əleyhinə birləşdirdi. Bu gün NATO yalnız genişlənmir, həm də daxili həmrəylik və müdafiə qabiliyyəti baxımından, güclənir. Və 2023-25-ci illərdə NATO hərbi qüvvələrinin Şərqi Avropada daimi yerləşdirilməsi və nüvə çəkindirici vasitələrin yenilənməsi bu prosesin bariz nümunəsidir.

Maraqlıdır ki, Serbiya prezidenti Aleksandar Vuçiç mövcud situasiyada mövqeyinə düzəlişlər etmək məcburiyyətində qalıb. Belə ki, Serbiya Rusiyaya qarşı sanksiyaların icrasından imtina edirdi, Balkanlarda hələ də Kremlin təsir dairəsində qalmağa üstünlük verirdi. Ancaq son vaxtlar Serbiyada mövqeyini dəyişməyə hazır olduğunu sezdirir.

Belə ki, bu ölkənin prezidenti bəyan edib ki, Avropa Birliyi qısa müddətdə üzvlük təminatı verərsə, Serbiya Rusiyaya qarşı sanksiyaların icrasına qoşula bilər. Bu, o deməkdir ki, Kremlin təhdidkar davranışları hətta Rusiya ilə daha yumşaq münasibətləri olan bəzi Şərqi Avropa ölkələrini belə, məcburi seçim qarşısında buraxır. Çünki indi bu regionun dövlətləri də ya Qərbin kollektiv təhlükəsizlik mexanizmlərinə qoşulmaq, ya da bundan kənarda qalmaq riski barədə düşünməlidirlər. Bu baxımdan, Serbiyanın da Rusiya əleyhinə düşərgəyə yerləşmə mesajları verməsi təəccüblü deyil.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı “10-12 günlük” sülh möhləti ilə bağlı ultimatum verməsi də Rusiya ətrafında çəmbərin daraldığını göstərir. Onun "Putin ilə danışıqlar artıq maraqlı deyil" açıqlaması isə Ağ Evdə səbrin tükəndiyini və Kremlə münasibətdə sinirlərin son həddə qədər gərildiyini biruzə verir. Və buna qarşılıq olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiyanın ABŞ-la savaşdan çəkinməyəcəyini bəyan etməsi Kremlin geri çəkilmək barədə düşünmədiyini sezdirir.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə ABŞ öz taktiki nüvə silahlarını Böyük Britaniyaya daşımaqla, Rusiyaya birbaşa xəbərdarlıq mesajı da göndərib. Bu, ABŞ-ın NATO-nun Avropa cinahında daha sərt müdafiə xətti qurduğuna və nüvə çəkindiriciliyini aktiv saxladığına dəlalət edir. Ağ Evin bu strateji addımı həm də Avropadakı müttəfiqlərinə qarşıdakı illərdə ABŞ-ın təhlükəsizlik təminatlarının konkret və texnoloji olaraq, qüvvədə qalacağını da göstərir. Kreml bu jesti yeni təhdid kimi şərh edə bilər, ancaq bu, əslində, Rusiyanın aqressiv davranışlarının doğurduğu real nəticələrdir.

Göründüyü kimi, hazırda Avropanın təhlükəsizlik sistemi radikal şəkildə dəyişir. Neytral ölkələr NATO-ya doğru hərəkət edir, Şərqi Avropa isə qəti şəkildə kollektiv müdafiə platformasını gücləndirir. Bu proseslərin katalizatoru isə birmənalı şəkildə Kremlin özüdür. Çünki Kreml istədiyi “təhlükəsizlik bufer zonası” əvəzinə, indi Rusiyanın ətrafında NATO üzvləri ilə əhatələnmiş geopolitik mühasirə çevrəsi ilə qarşılaşıb.

Belə anlaşılır ki, neytrallığın daha təhlükəsizliyi təmin etmədiyi dünyada Kremlin aqressiv davranışları Rusiyanın düşmənlərini artıraraq, onları birləşməyə yönəldən yeganə faktordur. Yəni, Kreml əslində, müəyyən mənada, Rusiyanın gələcək taleyini ümumiyyətlə, riskə atır. Üstəlik, ABŞ və Qərblə savaş ritorikasında israr etməsi Kremlin həm də Rusiyanı yaxın gələcək üçün geopolitik intihara sürükləməsi anlamı daşıyır.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyul 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see185

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see157

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see133

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri