Icma.az
close
up
RU
NATO müharibəyə daxil olur? Rusiya ilk bu ölkələrə zərbələr endirəcək KONKRET

NATO müharibəyə daxil olur? Rusiya ilk bu ölkələrə zərbələr endirəcək KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden ATACMS taktiki ballistik raketləri ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Bundan başqa, Böyük Britaniya və Fransanın da oxşar qərar verdiyi qeyd olunur. Litva Prezidenti də təsdiqləyib ki, Ukrayna Qərbin raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirə bilər.

Rəsmi Moskvanın isə bu hadisələrə cavabı gecikməyib. Bildirilib ki, bu, NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək, Rusiya adekvat reaksiya verəcək.

Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bunu üçüncü dünya müharibəsinə səbəb olacaq addım kimi qiymətləndirib.

Görəsən, hadisələr bundan sonra necə inkişaf edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Baydenin belə qərar verməsinin arxasında müəyyən məqsədlər gizlənir:

“ATACMS taktiki ballistik raketləri 306 km məsafədəki hədəfi məhv edə biləcək potensialdadır. Sözügedən silahla Bryansk, Kursk, Voronej kimi ərazilərdə yerləşən strateji obyektlər məhv edilə bilər. Qeyd olunan məntəqələrdə Rusiyanın neft-qaz emalı zavodları və aerodromlar var. Ukraynanın ballistik raketlərlə zərbələri müharibənin gedişində müəyyən dəyişikliklərə səbəb ola bilər. Baydenin bu qərarı verməsinin məqsədi də budur. Müttəfiqlər Ukraynanın danışıqlar masasında güclü olmasının tərəfdarıdırlar”.

Ekspert vurğulayıb ki, ATACMS-dən istifadə müharibənin coğrafiyasını daha da genişləndirə bilər:

“Rusiyanın hava hücumundan müdafiə qüvvələri adıçəkilən raketlər qarşısında tab gətirməyə bilər. Baxın, ATACMS-nin istifadəsi ilkin mərhələdə Kursk üçün nəzərdə tutulub. ABŞ qeyd edir ki, orada 12 minə qədər Şimali Koreya əsgəri var. Ukrayna da buna görə, raketlərdən istifadə edir. Ancaq Rusiya rəsmiləri açıqlamışdı ki, ABŞ-nin və ya Qərbin bu kimi addımları NATO-nun birbaşa müharibəyə daxil olması kimi qiymətləndiriləcək və cavab sərt olacaq. Qeyd edim ki, müharibənin coğrafiyası genişlənə bilər. Rusiya tərəfi Polşa və ya Finlandiya kimi ölkələrin ərazilərində yerləşən alyansın hərbi bazalarına zərbələr endirə bilər. Bununla da müharibə daha gec başa çatacaq”.

Məlik Məlikov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri