NATO nun Ankara sammiti çərçivəsində 50 milyardlıq müqavilələr imzalanıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO-nun Ankara sammiti çərçivəsində keçirilən müdafiə sənayesi forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının alınmasını və silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.
NATO-nun baş katibi Mark Rutte sammit çərçivəsində 20 ittifaq ölkəsinin növbəti beş il ərzində dronların və pilotsuz uçuş əleyhinə sistemlərin istehsalına 40 milyard dollar sərmayə qoyacaq “Drone Edge” təşəbbüsündə iştirak edəcəyini açıqlayıb. O bildirib ki, NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.
Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri Ankarada keçirilən iki günlük NATO sammitində iştirak edir. İyulun 8-də ittifaqın dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas keçirilib.
Bu mövzuda digər xəbərlər:NATO nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?
07 İyul 2026 11:51
Zelenski Trampla NATO sammiti çərçivəsində görüşüb...
25 İyun 2025 18:14
TDT sammiti çərçivəsində yeni sənədlər imzalanıb
06 Noyabr 2024 12:54
Ərdoğan və Meloni NATO sammiti çərçivəsində görüşüb
08 İyul 2026 18:23
Baxış sayı:167
Bu xəbər 08 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















