Icma.az
close
up
RU
NATO nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

NATO nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın müxtəlif bölgələrində müharibələrin davam etdiyi və qlobal arenada qüvvələr nisbətinin sürətlə dəyişdiyi bir zamanda Ankarada NATO sammiti keçirilir.

Qlobal miqyasda təhlükəsizlik böhranının hökm sürdüyü belə bir dövrdə NATO sammiti dünyanın mühüm siyasi hadisələrindən biri kimi qlobal diqqət mərkəzindədir.

Rusiya–Ukrayna və ABŞ – İsrail - İran müharibələri göstərdi ki, qlobal təhlükəsizlik bölünməz anlayışdır və dünyanın hər hansı bir bölgəsində baş qaldıran münaqişə qlobal sistemin bütün üzvlərinə öz təsirini göstərir. O cümlədən, bu gün Avropada baş verən hadisələri yalnız Avropanın problemi kimi təsbit etmək doğru yanaşma kimi qəbul edilə bilməz. Hər hansı bir regionda baş verən silahlı qarşıdurma qısa müddətdə qlobal enerji bazarlarına, beynəlxalq nəqliyyat marşrutlarına, ərzaq təhlükəsizliyinə, maliyyə sisteminə və bütövlükdə beynəlxalq siyasi münasibətlərə təsirsiz ötüşmür. Məhz bu kontekstdə dünya yeni qlobal təhlükəsizlik modelinin formalaşdırılması zərurəti ilə üzləşir.

Belə bir şəraitdə NATO-nun da dəyişən reallıqlara uyğunlaşmaq zərurəti meydana çıxır. Odur ki, Alyansın bu günkü gündəliyində yalnız klassik hərbi məsələlər yox, yeni təhlükələrə yeni yanaşma ilə bağlı məsələlər də daxil olur. Enerji təhlükəsizliyi və qeyri-qanuni miqrasiya kimi ənənəvi mövzularla yanaşı hibrid müharibələr, informasiya manipulyasiyaları, kibertəhlükəsizlik və süni intellekt texnologiyalarının müdafiə sahəsində tətbiqi kimi ciddi məsələlər də NATO çərçivəsində əsas müzakirələr sırasına daxil olur. Ankara sammitinin əsas əhəmiyyəti də məhz bu yeni təhlükəsizlik gündəliyinin müəyyənləşdirilməsindən ibarətdir.

Sammitin Türkiyədə keçirilməsi də siyasi baxımdan olduqca mühüm faktdır.

Son illər Türkiyə regional proseslərin iştirakçısından daha çox onların istiqamətini müəyyən edən dövlətlərdən birinə çevrilib. Qara dənizdən Yaxın Şərqə, Cənubi Qafqazdan Aralıq dənizinədək uzanan geniş coğrafiyada Ankaranın iştirakı olmadan ciddi təhlükəsizlik məsələlərinin həlli demək olar ki, mümkün deyil. Bu gün Türkiyə NATO daxilində yalnız güclü ordusu ilə deyil, siyasi iradəsi, müstəqil qərarları və artan müdafiə sənayesi potensialı ilə seçilir. Yerli hərbi texnologiyaların inkişafı, müasir silah sistemlərinin istehsalı və döyüş təcrübəsi Ankaranın Alyans daxilindəki mövqeyini daha da gücləndirib. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər artıq Türkiyəni XXI əsrin yeni geosiyasi güc mərkəzlərindən biri kimi qiymətləndirirlər.

Azərbaycan üçün də bu sammit xüsusi maraq doğurur. Ölkəmiz NATO-nun üzvü olmasa da, uzun illər ərzində Alyansla qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri qurub. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, peşəkar kadr hazırlığı və müasir idarəetmə sisteminin tətbiqi nəticəsində ordumuz regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Bu gün Azərbaycan Ordusunun qazandığı təcrübə və malik olduğu imkanlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Azərbaycanın həyata keçirdiyi uğurlu təhlükəsizlik siyasəti ölkəmizi regionda sabitliyin əsas təminatçılarından birinə çevirib. Bakı hər zaman beynəlxalq hüquqa söykənən əməkdaşlığın, qarşılıqlı etimadın və təhlükəsizlik naminə dialoqun tərəfdarı kimi çıxış edib. Bu mövqe Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə bu əməkdaşlığın ilkin və əsas şərti kimi qiymətləndirilə bilər. Qardaş ölkələr arasında formalaşmış yüksək etimad, ortaq siyasi iradə və hərbi əməkdaşlıq artıq regional təhlükəsizlik modelinin mühüm amillərindən birinə çevrilib. Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərində koordinasiya iki ölkənin gücünü daha da artırır.

Məhz buna görə Ankarada keçirilən NATO sammitinin nəticələri Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Türkiyənin Alyans daxilində güclənən mövqeyi regionumuzun təhlükəsizlik maraqlarının müdafiəsinə əlavə imkanlar yaradır və Türkiyə ilə bərabər Cənubi Qafqazın da beynəlxalq geosiyasi əhəmiyyətini daha da artırır.

Dünya yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə güclü olan yalnız güclü silaha malik olan dövlət deyil, həm də strateji baxışı, etibarlı tərəfdaşları və milli maraqlarını qlobal proseslərlə uzlaşdırmaq bacarığı olan ölkədir. Ankara sammiti də məhz bu yeni reallığın siyasi ifadəsidir. Burada qəbul olunacaq qərarlar təkcə NATO-nun gələcəyini deyil, bütövlükdə Avroatlantik məkanın və qonşu regionların təhlükəsizlik perspektivlərini müəyyənləşdirəcək. Türkiyənin bu proseslərdə oynadığı aparıcı rol, Azərbaycanın isə etibarlı strateji tərəfdaş kimi artan nüfuzu göstərir ki, regionumuz artıq qlobal siyasətin kənarında deyil, onun mühüm mərkəzlərindən birində yer alır.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see254

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see210

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see196

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see191

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see185

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see184

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see184

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see183

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see178

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see163

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see151

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see149

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see146

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri