Icma.az
close
up
RU
NATO nun baş katibindən sərt çıxış:“ABŞ olmadan Avropa...”

NATO nun baş katibindən sərt çıxış:“ABŞ olmadan Avropa...”

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əgər burada kimsə hələ də Avropa Birliyinin (AB) və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurmağa davam etsin”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində bildirib. O qeyd edib:

“Siz bunu edə bilməzsiniz. Biz bunu edə bilmərik, bizim bir-birimizə ehtiyacımız var".

M.Rutte izah edib ki, əgər avropalılar həqiqətən ABŞ olmadan yeni bir müdafiə ittifaqı qurmaq istəsələr, bu, onlara ümumi daxili məhsulun (ÜDM) 5%-i deyil, 10%-i başa gələcək və həmçinin öz nüvə silahlarından çəkindirmə qabiliyyətlərini inkişaf etdirmələrini tələb edəcək:

"Bu, milyardlarla avroya başa gəlir. Və bu ssenaridə azadlığımızın əsas qarantı olan Amerika nüvə çətirini itirəcəksiniz. Beləliklə, uğurlar!".

Qeyd edək ki, 32 NATO ölkəsi 2035-ci ilə qədər ÜDM-lərinin ən azı 5%-ni təhlükəsizlik xərclərinə, o cümlədən 3,5%-ni sırf hərbi investisiyalara ayırmağı öhdəsinə götürüb. Bu, on il əvvəl verilmiş öhdəliyə uyğun olaraq, 2025-ci ilin sonuna qədər ÜDM-lərinin yalnız 2%-nə çatan bir çoxu üçün artıq əhəmiyyətli bir işdir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” hesabında çıxış edərək, Mark Rutteyə cavab verib:

“Xeyr, əziz Mark Rutte. Avropalılar öz təhlükəsizliklərinə özləri nəzarət edə bilərlər və etməlidirlər. Hətta ABŞ da bununla razıdır. Bu, NATO-nun Avropa sütunudur. Fransa Avropada bu “strateji muxtariyyət” i ən çox dəstəkləyən ölkələrdən biridir. Lakin digər Avropa paytaxtları, xüsusən də coğrafi cəhətdən Rusiyaya yaxın olanlar, digər məsələlərlə yanaşı, Amerika silah sistemlərindən çox asılı olduqları üçün daha ehtiyatlıdırlar”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2026 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri