Avropa və ABŞ arasında ziddiyyətlər: Fransanın NATO dan çıxış planı baş tutacaqmı?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fransanın NATO-dan çıxmaq istəyi alyansın üzv ölkələrin maraqlarını nəzərə almaması ilə bağlıdır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov sözügedən ölkənin qurumdan çıxması ilə bağlı məsələni şərh edərkən deyib.
O bildirib ki, hazırda NATO çərçivəsində ziddiyyətli məqamlar mövcuddur:
"Fransanın alyansdan çıxması böyük, çoxmərhələli prosesdir. Məsələ Senatda qaldırılmalıdır. Həmçinin işçi komitələr baxmalı, səbəb əsaslandırılmalıdır. Senat çərçivəsində qəbul edildikdən sonra isə qərarın prezident tərəfindən təsdiqi vacibdir. Fransa Rusiyaya qarşı nə iqtisadi nə də hərbi baxımdan təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Ümumilikdə NATO böhran yaşayır.
Həmçinin ABŞ də istəyir ki, hesabatverici qüvvə olmasın, müxtəlif sahələrdə monitorinqlər aparılmasın. Amma digər dövlətlər 1945-ci ildə müəyyənləşmiş standartlar çərçivəsində hərəkət etsin. Sözügedən ölkələr Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvləridir ki, onlar da qurum daxilində veto hüququna malikdir".
E.Səfərov vurğulayıb ki, Birləşmiş Ştatlar Avropanın təhlükəsizliyini təmin etdiyini deyir: "Məhz buna görə rəsmi Vaşinqton Rusiya ilə sərhəd bölgələrdə hərbi bazalarının sayını artırır. ABŞ bildirir ki, o, Avropanın təhlükəsizliyini təmin edirsə, qarşılığında maliyyə ödənməlidir. Bunların fonunda inanmıram ki, Fransa NATO-dan çıxsın. Bugünkü Avropa İttifaqı (Aİ) ölkələri təkbaşına nə iqtisadi, nə də hərbi baxımdan ABŞ-yə qarşı çıxmaq iqtidarında deyillər. Qurum ölkələrinin narazılıqları NATO dövlətlərinin növbəti iclasında da müzakirə olunacaq. Orada da bir çox Şərqi Avropa ölkələri - Macarıstan, Çexiya və digərləri ABŞ-nin fikirlərini dəstəkləyə bilərlər. Bu çərçivədə isə Böyük Britaniyanın səssiz qaldığını nəzərə almalıyıq. Böyük Britaniya nə Avropanın maraqlarının tapdalanmasını istəyir, nə də ABŞ ilə münasibətlərinin pozulmasını. Odur ki, alyans ölkələrinin növbəti iclasında müzakirə olunacaq məsələlər xüsusi əhəmiyyət kəsb edir".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















