NATO nun Rusiya və Belarusla bağlı planı: yaxın iki il ərzində...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“NATO yaxın iki il ərzində Rusiya və Belarusla sərhəddə robotlaşdırılmış və avtomatlaşdırılmış müdafiə zonası yaratmağı planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun İzmirdəki Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini Tomas Lovin deyib.
“Əsas məqsəd Rusiya və Belarusla həmsərhəd olan ölkələri qorumaqdır. Bu, hücumların qarşısını almaq və böhran vəziyyətində özümüzü müdafiə etmək qabiliyyətini təmin edəcək. Ona görə də Şərq Cəbhəsinin Müdafiəsi konsepsiyası mövcud NATO planlarını optimallaşdırmaq üçün hazırlanıb. Lakin bu konsepsiya təkcə şərq cinahına deyil, həm də qlobal miqyasda tətbiq oluna bilər”, – deyə o qeyd edib.
Lovin bildirib ki, bir neçə yüz min kilometr ərazidə xüsusi sensorlar yerləşdiriləcək:
“Bu cihazlar həmçinin düşmənin hərəkətləri və silah istifadəsi haqqında məlumat toplaya biləcək”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















