Icma.az
close
up
RU
NATO nun SÜQUTU Rusiyanın bir hücumu 80 illik ittifaqı necə PARÇALADI?

NATO nun SÜQUTU Rusiyanın bir hücumu 80 illik ittifaqı necə PARÇALADI?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Polşaya PUA hücumu NATO-da dərin parçalanma və böhran yaradıb.  Bu hal Alyans üzvlərinin hücuma laqeyd reaksiyası səbəbindən özünü daha çox büruzə verir. Xüsusilə də, NATO-nun lider dövləti ABŞ hələ də hadisə ilə bağlı tutarlı açıqlama verməyib. ABŞ Prezidenti Donald Tramp PUA hücumuna reaksiya verərkən, “Rusiya Polşa hava məkanını PUA-larla pozub? Nə baş verir? Başlayır”, - deyərək olaya laqeyd yanaşma sərgiləyib.
Avropada isə gərginlik pik həddədir.
Xüsusən də Polşa ilə Macarıstan arasındakı münasibətlərdə gərginlik daha aydın hiss olunur.
Macarıstan baş naziri Viktor Orban, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasından sonra Varşavaya həmrəylik mesajı göndərib
Orban artıq Ukrayna müharibəsini dayandırmağın vaxtının çatdığını bəyan edib və bu məqsədlə sülh üçün çalışan Prezident Donald Trampı dəstəklədiyini söyləyib.


Lakin Orbanın bu açıqlaması Polşa tərəfindən birmənalı qarşılanmayıb. Bu ölkənin xarici işlər naziri Sikorski Orbanın bəyanatına qarşı çıxıb:

“Xeyr, Viktor. Bu hadisə sənin artıq neytral qalmamalı olduğunu və Rusiyanın təcavüzünü qınamalı olduğunu göstərir. Müdafiə üçün Aİ fondlarını azad etməyini, təcavüzkara qarşı daha sərt sanksiyaları dəstəkləməyini və Ukraynanın üzvlük danışıqlarını başlatmağa qoyduğun vetonu geri çəkməyini tələb edirik”.


Bütün bunlar isə NATO kimi bir quruma ümid etməyin mənasız olduğu, həm də Alyans daxilində problemlərin nə dərəcədə ciddi səviyyəyə çatdığını göstərir.
Şimali Atlantika Alyansı iflasa uğrayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, NATO-da tənəzzül göz önündədir:
“Hazırda dünya miqyasında beynəlxalq hüquq və bu hüququ təmsil edən beynəlxalq təşkilatların tənəzzülü, aşınması prosesi gedir”.
NATO əlacsız, çarəsiz vəziyyətdədir.
Ekspert qeyd edir ki, Rusiyanın Ukraynaya hücumu da NATO daxil aparıcı beynəlxalq təşkilatların gücsüzlüyünü, əlacsız olduğunu, çarəsizliyini ortaya qoydu:
“Rusiya da bundan istifadə edərək, indi Polşaya sataşır. Ardınca Baltikyanı ölkələrə sataşacaq, daha sonra hətta Almaniyanı da vuracaq. Qərb Rusiya ilə müharibə aparmaq istəmir. Rusiya da bundan istifadə edib, özünü daha da azğın aparır, çünki bilir ki, ona cavab verən olmayacaq. Avropa dövlətlərinin başçıları Tramp qarşısında diz çöküb onları tək qoymaması, dəstək olması üçün yalvarırlar. Tramp isə bu fonda belə onlara elə də ciddi əhəmiyyət vermir”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri