Icma.az
close
up
RU
NATO nun yeni enerji doktrinası

NATO nun yeni enerji doktrinası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ–NATO strateji uyğunlaşması sual altındadır

Qlobal sistemdə ABŞ ilə NATO arasında uzun illər mövcud olan strateji harmoniya getdikcə pozulmaqdadır. Əvvəllər əsasən təhlükəsizlik öhdəlikləri, hərbi xərclərin bölüşdürülməsi və müdafiə strategiyalarında özünü göstərən fikir ayrılıqları artıq iqtisadi və enerjiyönümlü məsələlərdə də müşahidə olunur. Ən diqqətçəkən məqam isə odur ki, mövcud fərqlər artıq alyansın daxili strateji istiqamətlərini belə formalaşdırmağa başlayır.

Son illər NATO enerji asılılığı, təchizat zəncirlərinin dayanıqlılığı və iqlim dəyişikliklərinin yaratdığı risklərlə də bağlı yeni yanaşmalar formalaşdırmağa çalışır. Bu çərçivədə bərpaolunan enerji və digər qeyri-fosil enerji mənbələri birbaşa təhlükəsizlik aləti kimi təqdim olunur. Məhz bu yanaşma NATO daxilində yeni strateji xəttin formalaşmasına səbəb olur. Həmin istiqamətdə NATO Enerji Təhlükəsizliyi Mərkəzi tərəfindən hazırlanan analitik tədqiqatlar diqqəti çəkir. Araşdırmalarda vurğulanır ki, idxal olunan neft və qazdan asılılıq alyans üçün strateji zəiflik yaradır və bu risk yalnız alternativ enerji mənbələrinin genişləndirilməsi ilə azaldıla bilər.

Bərpaolunan enerji mənbələri isə daha sabit, daha az geosiyasi risk daşıyan və uzunmüddətli perspektivdə daha təhlükəsiz sistem kimi təqdim olunur. Lakin bu strateji dəyişiklik ABŞ daxilində birmənalı qarşılanmır. Vaşinqtonun enerji siyasəti ənənəvi olaraq neft və qaz sektorunun güclü iqtisadi və siyasi təsiri altında formalaşıb. Xüsusilə enerji ixracatçısı statusunun güclənməsi ABŞ üçün həm iqtisadi üstünlük, həm də geosiyasi təsir aləti kimi qəbul edilir. Ona görə də NATO-nun bərpaolunan enerjiyönümlü təhlükəsizlik yanaşması ABŞ-ın müəyyən siyasi və iqtisadi dairələri tərəfindən ehtiyatla qarşılanır və bəzən açıq şəkildə tənqid olunur. Yəni NATO daxilində enerji keçidi təhlükəsizlik prioriteti kimi təqdim edilərkən, ABŞ-da prosesin sürətləndirilməsi iqtisadi sabitlik və enerji bazarlarının qorunması baxımından riskli hesab olunur. Beləliklə, eyni məsələyə iki fərqli prizmadan baxış – biri təhlükəsizlik və dayanıqlılıq, digəri isə iqtisadi effektivlik və bazar balansı üzərindən formalaşır.

ABŞ–NATO böhranının daha da dərinləşməsi ehtimalı yüksəkdir. Çünki qlobal enerji bazarlarında baş verən dəyişikliklər, Yaxın Şərqdə və digər enerji regionlarında qeyri-sabitlik, həmçinin Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar NATO-nu alternativ mənbələrə daha sürətli keçid etməyə sövq edir. ABŞ isə bu keçidin sürətini daha çox daxili enerji sənayesinin maraqları ilə uzlaşdırmağa çalışır.

Avropa ölkələri də getdikcə daha çox enerji müstəqilliyi və strateji avtonomiya məsələsinə önəm verir. Ona görə də ABŞ-ın alyans daxilindəki ənənəvi liderlik rolu, müəyyən mənada, təzyiq altına düşür. Çünki Avropa enerji təhlükəsizliyi məsələsini, həm də siyasi müstəqillik və strateji seçim azadlığı kimi görür.

Məsələnin digər mühüm tərəfi qlobal iqlim siyasəti ilə bağlıdır. NATO-nun enerji təhlükəsizliyi konseptini iqlim dəyişiklikləri ilə əlaqələndirməsi alyansın fəaliyyət sahəsini daha da genişləndirir. Alyansın yanaşması hərbi blokun funksional çərçivəsini ənənəvi müdafiə modelindən çıxararaq daha kompleks təhlükəsizlik sisteminə çevirir. ABŞ isə bu genişlənmənin institusional balansı dəyişdirə biləcəyini düşünən dairələrlə qarşı-qarşıya qalır.

NATO daxilində enerji siyasəti strateji güc balansının tərkib hissəsinə çevrilir. Proses ABŞ ilə alyans arasında mövcud olan fərqləri daha görünən və daha sistemli edir. Əgər əvvəllər bu fikir ayrılıqları əsasən taktiki səviyyədə idisə, indi struktur səviyyəyə keçməkdədir. Bütün bu amillər göstərir ki, ABŞ-NATO münasibətlərində yeni bir mərhələ formalaşır. Hazırda qarşılıqlı asılılığın davam etdiyi, eyni zamanda, strateji prioritetlərin getdikcə fərqləndiyi bir dövrdür. Gələcəkdə proseslərin necə tənzimlənəcəyi həm alyansın daxili bütövlüyü, həm də transatlantik münasibətlərin sabitliyi baxımından həlledici rol oynayacaq.

Sonda bir xatırladaq ki, ABŞ-NATO arasındakı soyuq küləklərin əsməsinin bir səbəbi də maliyyə məsələsidir. Trampın dəfələrlə Avropa müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırması, hətta bəzi hallarda açıq təzyiq ritorikasında istifadə etməsi ABŞ-ın alyans daxilindəki roluna daha utilitar və iqtisadi prizmadan yanaşdığını göstərirdi. Amma nəzərə alınmalıdır ki, NATO klassik beynəlxalq təşkilat modeli üzrə üzvlük haqqı ilə işləyən struktur deyil. Bu gün alyansın mövcudluğu daha çox ABŞ-ın maliyyə dəstəyi ilə təmin olunur. ABŞ, həmçinin NATO-ya hərbi gücü, logistik imkanları, Avropada yerləşən bazaları və alyans əməliyyatlarına texniki və strateji dəstəyi ilə töhfə verir. Mövcud fikir ayrılıqları kontekstində ABŞ-ın NATO-dahı hərbi mövcudluğunu azaltması, Avropadakı qoşunlarının sayını dəyişməsi, bəzi əməliyyat və missiyalardan çəkilməsi, müdafiə xərclərinin bölgüsündə daha sərt şərtlər irəli sürməsi ehtimalı yüksəkdir.

Yusif BAĞIRZADƏ,
politoloq

Həqiqətən də NATO ilə ABŞ arasında son dövrlər müşahidə olunan fikir ayrılıqları artıq iqtisadi və enerji təhlükəsizliyi müstəvisində də özünü göstərməyə başlayıb. Alyansın son strategiyalarında “yaşıl təhlükəsizlik”, enerji dayanıqlılığı və bərpaolunan enerji mənbələrinin təşviqi xüsusi yer tutur. Bu yanaşma xüsusilə Avropa ölkələrinin enerji asılılığını azaltmaq və kritik infrastrukturun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Lakin Vaşinqtonda, xüsusilə respublikaçı siyasi dairələrdə bu siyasətə münasibət fərqlidir.

Əsas məsələ geosiyasi və iqtisadi maraqların toqquşmasıdır. Avropa İttifaqı və NATO üçün enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab olunur. Rusiya–Ukrayna müharibəsi göstərdi ki, enerji asılılığı siyasi təzyiq alətinə çevrilə bilər. Ona görə Avropa ölkələri alternativ enerji mənbələrinə keçidi sürətləndirməyə çalışırlar. NATO da, öz növbəsində, hərbi bazaların enerji dayanıqlılığını artırmaq, orduların yanacaq asılılığını azaltmaq və iqlim risklərini təhlükəsizlik strategiyasına daxil etmək istiqamətində fəaliyyət göstərir. Tramp hakimiyyəti isə prosesi iqtisadi maraqlara zidd hesab edir. ABŞ dünyanın ən böyük enerji istehsalçılarından biridir və maye qaz ixracı Vaşinqton üçün həm iqtisadi, həm də siyasi təsir vasitəsidir. Bu baxımdan, NATO-nun fosil yanacaqlardan uzaqlaşmanı təşviq etməsi Vaşinqton tərəfindən ABŞ enerji sektorunun maraqlarına dolayısı zərbə kimi qiymətləndirilir.

Prosesin NATO daxilində daha dərin siyasi mübahisələrə səbəb olması mümkündür. Xüsusilə Vaşinqtonun Alyans qarşısında daha sərt maliyyə tələbləri irəlisürmə ehtimalı var. Tramp dəfələrlə NATO üzvlərinin kifayət qədər maliyyə yükü daşımadığı və ABŞ-ın əsas xərcləri ödəməsinin ədalətsiz olduğuna dair bəyanatlar səsləndirib. İndi enerji siyasəti ilə bağlı fikir ayrılıqları həmin narazılıqları daha da artıra bilər. Bununla belə, ABŞ-ın NATO-ya maliyyə dəstəyini tam kəsməsi hazırkı mərhələdə real görünmür. Çünki NATO Vaşinqton üçün həm də qlobal təsir mexanizmidir. ABŞ Avropadakı hərbi mövcudluğu sayəsində transatlantik təhlükəsizlik sisteminə nəzarəti öz əlində saxlayır. Maliyyə dəstəyinin dayandırılması ABŞ-ın öz geosiyasi maraqlarına da zərbə vura bilər. Lakin müəyyən maliyyə təzyiqləri, büdcə məhdudiyyətləri və Avropa ölkələrindən daha çox öhdəlik tələb olunması ehtimalı kifayət qədər yüksəkdir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri