Icma.az
close
up
RU
Berlinin yeni hərbi doktrinası

Berlinin yeni hərbi doktrinası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Avropa qarşısında məsuliyyət” və Bundesverin təhlükəsizlik addımı

İkinci Dünya müharibəsindən sonra Avropada təhlükəsizlik sistemi əsasən iki sütun – kollektiv müdafiə və tarazlaşdırılmış güc bölgüsü üzərində qurulmuşdu. Modeldə Almaniya iqtisadi güc mərkəzi kimi yüksəlsə də, hərbi ambisiyalarını uzun illər məhdud çərçivədə saxlayırdı. Lakin son illər geosiyasi təlatümlər, Rusiya–Qərb qarşıdurmasının dərinləşməsi, Ukrayna müharibəsi, NATO-nun şərq cinahında artan gərginlik və Avropanın strateji muxtariyyət axtarışları Berlinin təhlükəsizlik doktrinasını kökündən dəyişdi.

Bu günlərdə Almaniya Müdafiə Nazirliyi “Avropa qarşısında məsuliyyət” adlı sənəd qəbul edib. Sənədə görə, Bundesverin 2039-cu ilədək Avropanın ən güclü ordusuna çevrilməsi nəzərdə tutulub. Maraqlıdır ki, təşəbbüs Rusiya təhlükəsinə cavab kimi təqdim olunur. Elə bu günlərdə Almaniyanın Müdafiə Nazirliyi hərbi strategiya sənədinin bir hissəsini açıqlayıb. Sənəddə Rusiya bütün ölkə üçün hərtərəfli və genişmiqyaslı hərbi-strateji təhdid kimi qiymətləndirilib. Bildirilib ki, Rusiya artıq Almaniya və digər müttəfiqlərə qarşı hibrid əməliyyatlar həyata keçirir. Nazirlik hesab edir ki, Rusiya dövlətin bütün imkanlarını səfərbər edir və uzaqmənzilli zərbə potensialı vasitəsilə Avropanı bütün istiqamətlərdən təhdid edir: “Rusiya Qərbi düşmən qüvvə kimi görür, Avropa ölkələrinin NATO-ya qoşulmasını isə özünə qarşı mühasirə siyasəti hesab edir. Moskvanın son məqsədi Avropanın təhlükəsizlik nizamını yenidən formalaşdırmaqdır. Strategiyanın əsas diqqəti hələlik Rusiyaya qarşı cavab tədbirlərinə yönələcək. Çünki Rusiya Almaniya, Avropa və transatlantik təhlükəsizlik üçün ən ciddi təhdiddir”.

Nazirliyin rəsmi açıqlamasından o da bəlli olur ki, Almaniya məhz Rusiya səbəbindən hərbi imkanlarını gücləndirmək istiqamətində səyləri sürətləndirir. Plan ümumilikdə 460 min hərbçi — 260 min aktiv xidmətçi və 200 min ehtiyat qüvvədən ibarət ordu yaratmağı, eyni zamanda, uzaqmənzilli yüksək dəqiqlikli zərbə imkanları formalaşdırmağı nəzərdə tutur.

Yeri gəlmişkən, hadisə 1955-ci ildə Bundesverin yaradılmasından bəri Almaniyanın təhlükəsizlik mühitinin qiymətləndirilməsi və fövqəladə hallarda qoşun yerləşdirilməsi planlarını əhatə edən hərbi strategiya hazırladığı ilk haldır. Almaniya, həmçinin Ukraynadan sonra Rusiyanın təxminən 2029-cu ildə NATO üzvü olan ölkələrdən birinə müdaxilə edə biləcəyini də nəzərdən keçirir. Bu çərçivədə ötən il ölkə müdafiə büdcəsinin idarə olunmasında çevikliyi artırmaq üçün Əsas Qanuna (Konstitusiyaya) dəyişiklik edib. Eyni zamanda, şəxsi heyət çatışmazlığı və ya milli böhran halında parlament səsverməsi ilə məcburi hərbi xidmətin bərpasına imkan verən qanuna da yenidən baxılıb.

Məsələyə Rusiyanın yanaşması maraqlıdır. Rəsmi Moskva Almaniyanın hərbi potensialını gücləndirmək istəyini ciddi qəbul edir. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski “İzvestiya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Almaniyanın ən yaxın qonşularının hamısı Berlinin hərbi planlarına birmənalı yanaşmır. D.Lyubinskinin sözlərinə görə, Almaniyanın hərbiləşmə planları, xüsusilə də ordunun sayını artırmaq niyyəti “Avropada liderlik funksiyalarına iddia” kimi qiymətləndirilə bilər. Bəli, Berlinin bu xətti Avropada müxtəlif reaksiyalar doğurur. Bəziləri Almaniyanın hərbi güclənməsini NATO-nun Avropa dayağının möhkəmlənməsi kimi təqdim edir. Tarix amili və regional rəqabət isə bəzi paytaxtlarda prosesə ehtiyatla yanaşmaya səbəb olur. Çünki Almaniyanın güclənməsi Avropada liderlik balansına birbaşa təsir edir. Ən açıq narahatlıq Fransa istiqamətində hiss olunur. Paris uzun illər özünü Avropanın əsas hərbi gücü və strateji düşüncə mərkəzi hesab edib. Nüvə potensialı, ekspedisiya imkanları və müdafiə sənayesinin müstəqil bazası Fransaya bu statusu verib. Almaniyanın “ən güclü Avropa ordusu” iddiası hazırda bu statusa meydan oxuma kimi görünə bilər. Fransanın nüvə çəkindirmə imkanları fonunda Almaniyanın bu sahədə imkanlarının olmaması bəzilərinə Berlinin ambisiyalarını məhdudlaşdıran amil kimi görünür. Paraleldə Almaniyanın Fransanın nüvə potensialının modernləşdirilməsinə maliyyə dəstəyi müqabilində təhlükəsizlik təminatı almaq ssenarisi Avropada yeni kollektiv çəkindirmə modelini müzakirəyə çıxarıb.

Polşa məsələyə daha həssas yanaşır. Almaniyanın hərbi yüksəlişi Polşada potensial güc konsentrasiyası kimi izlənilir. Reparasiya mövzusunun zaman-zaman yenidən gündəmə gətirilməsi göstərir ki, siyasi etimad tam formalaşmayıb. Varşava üçün problem bu gücün gələcəkdə hansı siyasi məqsədlərlə istifadə oluna biləcəyi ilə bağlı qeyri-müəyyənlikdir.

Yunanıstanın narahatlığına gəldikdə, Afina Almaniyanın güclənməsinin Türkiyəyə təsirindən ehtiyat edir. Alman texnologiyalarının və müdafiə komponentlərinin Ankaraya ötürülməsi Egey regionunda qüvvələr balansına təsir göstərə bilər. Bu səbəbdən Almaniyanın silahlanması dolayı təhlükəsizlik riskləri prizmasından qiymətləndirilir.

Prosesdə daha az müzakirə olunan, amma mühüm məsələ iqtisadiyyatın hərbiləşməsidir. Berlinin hərbi sifarişlər vasitəsilə sənayeni stimullaşdırmaq cəhdi, əslində, silahlanma hesabına iqtisadi canlanma modelinə yaxınlaşır. Müdafiə xərcləri iqtisadi tənəzzül riskləri fonunda daxili bazara impuls aləti kimi təqdim olunur. Lakin modelin davamlılığı sual altındadır. Çünki hərbi istehsal uzunmüddətli büdcə öhdəlikləri yaradır və struktur islahatları əvəz etmir.

Sonda ABŞ faktorunu da nəzərdən qaçırmaq olmaz. Vaşinqton uzun illər Avropanı daha çox müdafiə xərci çəkməyə çağırırdı. Bu mənada Almaniyanın silahlanması transatlantik gözləntilərlə uzlaşır. Lakin Avropa həddən artıq strateji cəhətdən müstəqilləşərsə, gələcəkdə ABŞ ilə maraq fərqləri dərinləşə bilər. Paradoksal vəziyyət Avropanın özünü gücləndirməsinin, eyni zamanda, yeni geosiyasi suallar yaratdığını göstərir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

ABŞ artıq öz təhlükəsizlik yükünün bir hissəsini azaltmaq niyyətindədir və hesab edir ki, bu yükü Avropa ölkələri öz üzərinə götürməlidir. Onların demoqrafik resursları buna imkan verir, eyni zamanda, iqtisadiyyatları və maliyyə imkanları daha güclü müdafiə sistemi qurmaq üçün kifayət qədər potensiala malikdir.

Əvvəllər Almaniya Avropa İttifaqının əsas iqtisadi güc mərkəzi kimi çıxış edirdisə, hərbi və diplomatik üstünlük daha çox Fransanın payına düşürdü. Lakin indi vəziyyət dəyişir. Fransa Avropanın yeni təhlükəsizlik strategiyasına cavab vermək üçün məhdud iqtisadi imkanlara malikdir, Almaniya isə bu yükü daşımaq iqtidarında, hətta məcburiyyətindədir. Xatırlatmaq lazımdır ki, təxminən 30 il əvvəl, Varşava Paktı dövründə Avropada ümumilikdə 300 minlik ordu mövcud idi. İndi isə bu rəqəm kəskin şəkildə azalıb. Məsələn, Qərbi Almaniyanın ordusu bir vaxtlar 500 min nəfərdən çox idi, bu gün isə birləşmiş Almaniyanın ordusu 200 mini belə keçmir. Belə bir şəraitdə və ABŞ-ın Avropadan tədricən uzaqlaşması fonunda, qitənin təhlükəsizliyini mövcud güc strukturu ilə təmin etmək çətin görünür. Xüsusilə də Rusiya tərəfindən regionda hərbi müdaxilə risklərinin artdığı bir vaxtda bu boşluq daha aydın hiss olunur. Bu səbəbdən Almaniyanın hərbi sənayesini yenidən əvvəlki səviyyəyə, hətta daha yüksək mərhələyə çatdıracağı ehtimalı güclənir.

Tarixi kontekstdə iki dünya müharibəsi ilə bağlı yaddaşlar nəzərə alınsa da, Almaniya artıq öz iqtisadi gücünə və demoqrafik potensialına uyğun şəkildə hərbi güc sahibi olmağa doğru irəliləyir. Bu, kimlər üçün məmnunluq, kimlər üçün narahatlıq doğursa da, reallıq getdikcə bu istiqamətdə formalaşır. Hətta Almaniyanın raket və digər yüksək texnologiyalı silah sistemlərinə yönəlməsi də istisna edilmir. Onun sənaye və texnoloji potensialı nəzərə alındıqda, bu cür sistemlərin istehsalı uzunmüddətli perspektivdə mümkün görünür. Çünki Almaniya bu gün artıq Avropa İttifaqında texnoloji baxımdan ən öndəgedən dövlətlərdən biri hesab olunur.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see565

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see356

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see293

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see279

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see256

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see244

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see243

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see217

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see206

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see202

Gənc ana və oğulları

09 İyun 2026 03:48see180

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see178

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see177

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see176

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see175

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see169

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see168

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see166

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see166

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri