Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

NATO ölkələri məğlub olacaqları savaşa girmədilər Politoloq

NATO ölkələri məğlub olacaqları savaşa girmədilər Politoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

 Trampın sərt açıqlamalarına baxmayaraq, ABŞ heç vaxt alyansı tərk etməyəcək

NATO Amerikanın Avropada hərbi mövcudluğunu saxlamasında, strateji əhəmiyyət daşıyır

ABŞ və İsrailin fevralın 28-də ani qərarla İrana hücumu, NATO ölkələri ilə Vaşinton arasındakı etimadsızlığı dərinləşdirdi. Müharibənin qızğın dönəmində ABŞ-nin NATO-nu hərbi əməliyyatlara cəlb etmək təşəbbüsü alyans üzvləri tərəfindən dəstəklənmədi.

Almaniya kansleri Fridrix Merts, İran ətrafında baş verənlərin NATO-nun müharibəsi olmadığını açıqladı. Təşkilatın dəstəyindən məhrum olan ABŞ prezidenti, çağırışının sadəcə "sınaq" olduğunu desə də, hadisədən sonra NATO-dan çıxmağı planladığını bildirməsi, müttəfiqlərindən dəyən zərbədən təsirləndiyini göstərir. ABŞ və İran arasında imzalanan razılaşma belə, Vaşinqtonun NATO-ya qarşı incikliyini azalda bilmədi. Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, NATO-nun Amerikaya dəstək verməkdən imtina etməsi bağışlanmazdır. Nazirin sözlərinə görə, onlar ya ABŞ-ni çıxılmaz vəziyyətdə qoyub batırmaq istədilər ya da, savaşmağı bacarmadıqları üçün geri çəkildilər.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, nazirin səsləndirdiyi fikirlərdə həqiqət payı azdır:

“Əslində alyansa üzv ölkələrdən birinə hücum edildikdə digərləri onu müdafiə etmək üçün kömək etməlidir. Lakin İran və ABŞ arasındakı gərginlik NATO-nun kollektiv müdafiə mexanizmindən fərqli xarakter daşıyır. ABŞ-nin başqa bir ölkəyə başlatdığı hərbi əməliyyatda, təşkilatın da yer alması üçün üzv dövlətlərin konsensusu lazımdır. Bir və ya bir neçə ölkə etiraz edərsə, NATO əməliyyata qoşulmayacaq. ABŞ isə İrana müharibəyə başlamazdan öncə alyans üzvləri ilə məsləhətləşmələr aparmadı. Tramp yalnız İsraillə birgə qəbul edilmiş qərar əsasında hücumlara başladı. ABŞ hücum aktında alyans ölkələrinin fikirlərini nəzərə almadığı üçün onlar, Trampa dəstək verməkdən imtina etdilər”.

Politoloqun sözlərinə görə, hazırkı məqamda NATO ölkələrinin müharibəyə qoşulmamaq qərarının strateji baxımdan daha düzgün olduğunu görürük:

“Çünki aparılan müharibəyə baxmayaraq sonda imzalanan saziş, İranın xeyrinə işləyir. NATO ölkələri məğlub olacaqları savaşa girmədilər. Əgər ABŞ müharibə yolu ilə rejimi devirə bilməyibsə, NATO ölkələri nəyə görə ona dəstək verməlidir? Trampın NATO-dan çıxacağına dair səsləndirdiyi fikirlərə əhəmiyyət verməyin. O, iki ildən sonra prezident vəzifəsindən ayrılacaq. Onun sərt açıqlamalarına baxmayaraq, ABŞ heç vaxt alyansı tərk etməyəcək. NATO Amerikanın Avropada hərbi mövcudluğunu saxlamasında, strateji əhəmiyyət daşıyır. İqtisadi baxımdan da alyans ölkələri ilə əməkdaşlıq ABŞ-yə Avropadakı bazalara, limanlara və hava məkanına çıxış imkanı yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri