Politoloq: Qərb ölkələri digər xalqların millimənəvi dəyərlərini nəzərə almırlar
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“Qərb dövlətləri siyasi masadan kənarda dövlətlərin daxili işlərinə qazanmaq haqqını da özündə görür. Buna ən bariz nümunə kimi Gürcüstanın LGBT ilə bağlı qərarına verilən reaksiyaları göstərmək olar. Bunların dövlət səviyyəsində olması da çox absurddur. Deməli, sosial məsələnin içərisində gizlənən siyasi oyunlar mövcuddur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, Qərb dövlətlərinin öz maraqlarını qlobal səviyyədə təmin etmək üçün istifadə etdiyi əsas terminlər insan haqları, söz və mətbuat azadlığıdır:
“Qərb bu terminlər üzərindən manipulyasiya edərək, digər dövlətlərin daxili işlərinə müdaxilə edirlər. Həmin təzyiqləri həm Azərbaycana, həm də Gürcüstana qarşı görürük. Qərb bu məsələləri önə sürərkən dünyanın müxtəlif dövlətlərinin, xalqlarının milli əxlaq və mənəvi dəyərlərini belə nəzərə almırlar".
Politoloq deyib ki, Gürcüstanın LGBT ilə bağlı qərarına qərbdən gələn reaksiyalara baxsaq, görərik ki, Gürcüstan kimi mühafizəkar bir ölkədən bunu tələb etmək çox absurddur:
"İnsan haqları, söz, mətbuat azadlığı kimi terminlər qərbin özünün qlobal səviyyədə maraqlarını həyata keçirmək üçün istifadə etdiyi vasitələrdir"
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:48
Bu xəbər 06 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları