Icma.az
close
up
RU
NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert

NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Rusiya ilə NATO arasında səhnə arxasında soyuq savaş dərinləşir. Onlar arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə isə ilk zərbəni NATO endirəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna müharibəsi çərçivəsində birbaşa NATO Rusiya qarşıdurması ehtimalından danışarkən deyib.

İbrahim Rüstəmlinin fikrincə, Rusiya NATO qarşıdurması ilə bağlı bütün proqnozlar ehtimallar üzərində qurulub və bu ehtimallar hələ ki, reallığı əks etdirmir:

"Amma Rusiya -NATO qarşıdurması hansısa formada artıq mövcuddur. NATO-nu təmsil edən dövlətlər tərəfindən milyardlarla vəsait, silah-sursat Ukraynaya verilir. Müharibədə Ukraynanı dəstəkləmək dolayısı ilə elə Rusiyaya qarşı döyüşmək deməkdir. Burada da məqsəd Rusiyanın bütün resurslarını tükəndirmək, tərksilah etməkdən ibarətdir. Onlar bununla Rusiyanı güc mərkəzi olaraq sıradan çıxarmağa çalışırlar. Qərb ekspertləri  qarşıdurma baş verərsə, ilk zərbəni özlərinin endirməli olduqlarını bəyan edirlər. Bununla mesaj verirlər ki, NATO-ya qarşı hərbi təcavüz barədə düşünəcəyi təqdirdə, əlbəttə Kreml bu barədə düşünür, ilk zərbəyə məhz Rusiyanın özü tuş gələcək. Onlar müharibəni uzadıb, Rusiyanın resurslarını tükəndirib, onu diz çökdürməyə çalışırlar".


Ekspert indilikdə müharibənin birbaşa NATO - Rusiya qarşıdurmasına çevriləcəyinə inanmır:

"Bu barədə səslənən məlumatlar hələlik informasiya, soyuq müharibə cəbhəsində baş verir. Amma qarşıdakı dövrdə daha ciddi müharibənin başlanmasına zəmin verən faktlar da var. Hələliksə kartlar tam açılmayıb. NATO ilk zərbəni özü vuracağı məsələsini artıq müzakirə müstəvisinə çıxarıb. Yəni qarşıdurma olacaqsa, ilk zərbə NATO-dan gələcək". 

Qeyd edək ki, Rusiya ilə NATO arasında müharibə ehtimalı hazırda Qərbdə də müzakirə olunur. "Bild” nəşrinin məlumatına görə, dekabrın ortalarında Brüsseldə təhlükəsizlik ekspertləri ilə görüşdə baş katib Mark Rutte Rusiyanın artıq Şimali Atlantika Alyansı ilə gizli deyil, açıq qarşıdurma ilə məşğul olduğunu deyib. 

Rusiyanın aqressiv hərəkətləri hələlik kiberhücumlar, seçkilərə müdaxilə və Alyans ölkələrinin sərhədlərində sabitliyin pozulması ilə məhdudlaşır. Amma tez-tez NATO-nun hərbi rəhbərliyinin nümayəndələri birbaşa qarşıdurma haqqında danışırlar. Eyni zamanda, yüksək dəqiqlikli bombardman da daxil olmaqla, qabaqcıl zərbə endirmə ehtimalı NATO tərəfindən inkar edilmir. Məsələn, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer "biz ilk növbədə zərbə endirməliyik" deyə bildirib. 

Polşalı general Tomaş Piotrovski isə etiraf edib ki, münaqişə Rusiya və ya Belarusun Polşa ilə sərhədi raket və ya şarlarla pozması, hətta kiberhücumla başlaya bilər ki, bunun da nəticəsi "fəlakətli olacaq".

"Bild" nəşri Rusiya və NATO arasında döyüşlər üçün ən çox ehtimal olunan yer kimi Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizini göstərir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri