Icma.az
close
up
RU
Almaniya Rusiyaya zərbələr endirə bilər TƏHLİL

Almaniya Rusiyaya zərbələr endirə bilər TƏHLİL

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nasist Almaniyası Litvada 5 min nəfərlik daimi hərbi kontingent yerləşdirir

Dünyada elə dövlətlər var ki, onlar bəşəriyyət üçün təhlükə mənbəyidir. Çünki Almaniya, Fransa, Niderland, Ermənistan, Hindistan, ABŞ və digər bu kimi ölkələr tarixən qəsbkar, terrorçu fəaliyyətləri ilə seçilib və tanınıblar. Bu ölkələr başqa dövlətlərin ərazilərinə xain hücumlar təşkil edib, insanları kütləvi şəkildə öldürüb, şəhər və kəndləri məhv ediblər. Fransa bu gün də işğalçılıq siyasətini həyata keçirir. 20 -yə yaxın ərazini işğal edən Fransa bununla qəsbkar, vandal bir dövlət olduğunu nümayiş etdirir. Dəfələrlə BMT-yə üzv ölkələr, eləcə də müxtəlif nüfzulu beynəlxalq təşkilatlar Fransadan işğal etdiyi əraziləri boşaltmaq barədə qətnamələr qəbul etsələr də, rəsmi Paris qətnamələri icra etməkdən imtina edir. Almaniya da vəhşiliyinə və qəddarlığına görə Fransadan heç də geri qalmır. Əksinə, yalnız iyirminci əsrdə 100 milyona yaxın insanın həyatına son qoyan iki dünya müharibəsinin əsas müəllifi və iştirakçısı olmaqla müəyyən məsələlərdə Fransadan da irəli olduğunu nümayiş etdirib. İkinci Dünya müharibəsinin başlanmasının bir neçə səbəbi mövcuddur. Birincisi, 1914-1918-ci il dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması idi ki, bunu Almaniya özünə təhqir hesab edirdi. İkincisi, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi, üçüncüsü, Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları, dördüncüsü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri, beşincisi, iri dövlətlərin, o cümlədən ABŞ-in "qarışmamaq" mövqeyi tutmaları, altıncısı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri, yeddincisi, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri, səkkizincisi, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması və nəhayət, doqquzuncusu, iyirminci əsrin 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi idi.

Almaniya faşizmi 70 milyon insanın həyatına son qoydu

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danzig limanında olan alman müharibə gəmisi ''Schleswig-Holstein'' Polşaya aid ''Westerplatte'' adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəki ''Wielun'' qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir Alman-Slovak bölüyü 26 avqust tarixində Jablona Keçidi'ni işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. Bu gün olduğu kimi o zamanda ABŞ hiyləgər siyasətini ortaya qoydu, bəyan etdilər ki, onlar müharibəyə qoşulmurlar. 1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanın, Niderlandı və Belçikanı işğal etdilər. Hazırda dünyada özünü işğalçı dövlət kimi tanıdan və bununla da dünyaya meydan oxuyan Fransa 1940-cı il 13 iyunda alçadıcı formada Almaniya tərəfindən işğal edildi. 1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor əsas bazasına yaxınlaşaraq ona güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi, yüzlərlə əsgər və zabit öldürüldü. Bundan sonra ABŞ bitərəfliyinə son qoyub, ikinci dünya müharibəsinə qoşuldu. Müharibəsnin sonunu isə Sovet ittifaqı gətirdi. SSRİ-nin nizami ordusu, müasir hərbi sistemi, dəmir hərbi idarəetməsi Almaniyanın işğalçılıq maşınını sıradan çıxartdı. Müharibənin əsas qalibi SSRİ olsa da, ən çox insan itkisinə, böyük dağıntılara məruz qalan da sovetlər oldu. İkinci dünya müharibəsində 70 milyon insan həyatını itirdi ki, onun da 30 milyonu sovetlər birliyinə daxil olan respublikaların əhalisi olmuşdur. Yalnız İkinci Dünya müharibəsində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü getmişdir ki, onun da 350 mini müharibənin qubanı oldu. Almaniya İkinci Dünya müharibəsindən sonra müttəfiqlərin birgə qərarı ilə tərksilah olmuş və ordu saxlamaqdan məhrum edilmişdir. Lakin hazırkı dünya siyasətində baş verən müəyyən boşluqlardan və xaosdan istifadə edən Almaniya yenidən dirçəlməyə və dünyanı hərbi silah-sursatı ilə hədələməyə başlayıb.

Almaniya Rusiyanın sərhədlərinə ordu yığır

Bu gün dünyada baş verən müharibələrin xranologiyasına nəzər yetirsək, məlum olar ki, bütün müharibə və münaqilərdə Almaniya bu və digər formada iştirak edir. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsində Almaniya daha fəal iştirakçıdır. Səbəbi də nasistlərin ölkənin hakimiyyətinə güclü təsir etmələridir. Fridrix Merz Almaniya kansleri seçildikdən sonra daha böyük çeşidlə Ukraynaya hərbi yardımlara göstərməyə çalışır. Fridrix Merz bəya edib ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ ilə birlikdə Ukraynaya hərbi təchizatın çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Ukrayana əldə etdiyi uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmaq imkanı əldə edir: “Ukraynaya çatdırılan silahların çeşidinə - nə ingilislər, nə fransızlar, nə də bizim tərəfimizdən artıq heç bir məhdudiyyət yoxdur. Amerika tərəfdən də heç bir etiraz yoxdur.Bu o deməkdir ki, Ukrayna indi, məsələn, Rusiyadakı hərbi obyektlərə hücum etməklə özünü müdafiə edə bilər. Son vaxtlara qədər o, bunu edə bilməzdi və ya çox nadir istisnalarla bunu edirdi. İndi o bunu edə bilər”.

Bir qədər əvvəl Almaniya Ukraynaya üçüncü “Patriot” zenit raket sistemi, dəniz katerləri və “Vector” dronlarını ehtiva edən yeni bir hərbi yardım paketi verib. Yardım paketinə “Patriot”dan başqa, onun üçün raketlər və ehtiyat hissələri, həmçinin “Leopard 1” tanklarının döyüş sursatları, həmçinin 30 ədəd “Vector” kəşfiyyat PUA-sı, pilotsuz təyyarələrin söndürülməsi üçün 200 mobil cihaz; 10 dəniz kateri; 10 zirehli maşın və 3 patrul maşını; “Gepard” zenit tankları üçün 55 min 155 mm mərmi və 9 min digər mərmilər daxildir.

Hadisələrin inkişafı onu deməyə əsas verir ki, Almaniya kansleri Fridrix Merz Rusiyanın zərərsizləşdirilməsi daha israrlı görünür. Bəzi hallarda o canlı qüvvə ilə Ukraynaya hərbi dəstəyin göstərilməsini təklif edir. Hələlik isə onun bu təklifi müttəfiq ölkələr tərəfindən dəstəklənmir. Fridrix Merz isə təkbaşına ağılsız addım atmaq istəmir. Düşünür ki, Ukraynaya canlı qüvvə göndəilsə, bu Rusiyanın qəzəbinə səbəb olar və Berlin Rusiyanın raket hədəfinə çevrilər. Ona görə də, hələlik Rusiyanın sərhədləri yaxınlığında ordu toplamaqla gələcək hücumlara hazırlıqlar görürür. Artıq məlum olduğu kimi, Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkə xaricində - Litvada 5 min nəfərlik daimi hərbi kontingent yerləşdirir. Hələlik isə Litvada 400 alman hərbçisi xidmət edir. Briqadanın şəxsi heyətinin 2027-ci ilədək 5 min nəfərə (4800 hərbi qulluqçu və 200 mülki əməkdaş) çatdırılması, eləcə də bütün texniki təchizatla təmin olunması nəzərdə tutulur.Almaniyanın Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistorius bununla əlaqədar Litvaya səfər ediblər.“Litva” (Litauen) adı verilən 45-ci tank briqadası Vilnüsdə böyük coşqu ilə qarşılanıb. Alman hərbi texnikaları Vilnüsün mərkəzindəki Katedral meydanında nümayiş olunub, sakinlər əsgərlərlə fotolar çəkdiriblər.Litva Prezidenti Gitanas Nauseda bu günü “tarixi gün” adlandırıb və alman əsgərlərinə təşəkkür edərək deyib: “Sizin burada olmağınız təkcə Litvanı deyil, bütün Avropanı daha təhlükəsiz və güclü edir”.

Almaniya Kansleri Fridrix Merts çıxışında bildirib ki, bu addım Almaniyanın NATO qarşısında öhdəliklərinə və Avropanın təhlükəsizliyinə ciddi əhəmiyyət verməsinin göstəricisidir. Kansler Almaniya və digər müttəfiqlərin NATO-nun Şərq cinahını gücləndirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. Almaniyanın NATO-nun təhlükəsizliyi və müdafiəsi naminə Silahlı Qüvvələrinə böyük investisiya qoyduğunu qeyd edən F.Merts bildirib ki, ölkə bununla müttəfiqlərinə də bir siqnal göndərmək istəyir. “Biz müttəfiqlərimizlə birlikdə ittifaq ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qətiyyətliyik. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Biz Baltikyanı tərəfdaşlarımızın yanında qətiyyətlə dayanırıq... Əziz litvalılar, siz bizə - Almaniyaya güvənə bilərsiniz”, - deyə Almaniyanın Kansleri bildirib.

Almaniya susdurulmalı və İkinci Dünya müharibıəsindən sonrakı vəziyyətə gətirilməlidir

Rusiya hakimiyyəti Almaniyanın Litvada ordu yerləşdirməsini bu ölkənin Rusiyaya qarşı müharibə hazırlığı kimi qiymətləndirib. Rusiya parlamentinin yuxarı palatasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarov Rusiya ilə müharibə olacağı təqdirdə Almaniyanı yanğınla hədələyib. O, Bundesverin baş müfəttişi Karsten Broyerin 2029-cu ildə Rusiya ilə mümkün müharibə üçün alman ordusunu lazım olan hər şeylə təchiz etmək barədə sözlərini müvafiq şəkildə şərh edib: “Düşünürəm ki, bu danışdıqları ilə Almaniyanın hazırkı liderləri sadəcə olaraq hakimiyyətdə olmayacaqlar və Rusiya ilə müharibəyə hazır olsalar, külə qovuşacaqlar. Rusiyanın Almaniya xalqı qarşısında heç bir mənəvi öhdəliyi yoxdur, çünki almanlar bir neçə dəfə müharibə ilə gəliblər. Başqa cavablar olmayacaq, Almaniya üçün sonuncu ola biləcək bir zərbə olacaq”.

Bir sözlə, nasist Almaniyasının yenidən silahlanması və ordusunu gücləndrməsi dünya üçün təhlükədir. Ən azı İkinci Dünya müharibəsində üzləşdiyi alçaldıcı təslimçilik aktının qisasını almaq üçün Rusiyaya qarşı müharibəyə başlaya bilər ki, bu da nəticə də NATO-nun müharibəyə qoşulması ilə yekunlaşar. Rusiyanın nüvə silahından istifadəsi bəşəriyyətə dəhşətli fəlakətlər yarada bilər. Ona görə də, Almaniya susdurulmalı və İkinci Dünya müharibıəsindən sonrakı vəziyyətə gətirilməlidir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see330

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see314

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see172

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see164

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see138

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see138

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see137

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see134

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see134

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see131

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see130

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see130

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see130

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see130

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see129

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see128

Dünyada buğdanın qiyməti çökdü

14 Oktyabr 2025 15:36see127

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see125

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri