Icma.az
close
up
RU
NATO sammitində Ukrayna məsələsinə baxılmayacaq VİDEO

NATO sammitində Ukrayna məsələsinə baxılmayacaq VİDEO

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, layihəyə əsasən, hədəf bu göstəricinin ÜDM-in 5 faizindən az olmayaraq müəyyən edilməsi təklifinin dəstəklənməsidir. Bunun 3,5%-i əsas müdafiə ehtiyaclarına, digər 1,5%-i isə kibertəhlükəsizlik, infrastruktur və mülki hazırlıq sahələrinə ayrılmalıdır.
Bu il Alyans liderləri yalnız bir məsələyə - müdafiənin maliyyələşdirilməsinə diqqət yetirəcəklər. NATO-nun genişlənməsi və ya Ukraynaya strateji yardım göstərilməsi mövzuları müzakirə olunmayacaq.
“NATO müttəfiqləri alyans üzvlərinin bu ayın sonunda keçiriləcək liderlər sammitində qəbul edəcəyi yeni xərc hədəflərinə Ukraynaya dəstək üçün töhfələr daxil etməyi nəzərdən keçirəcək”, - agentlik yazır.
Lakin sammitin yekun bəyannamə layihəsində Kiyevə uzunmüddətli təhlükəsizlik yardımı göstərmək öhdəliyi barədə heç bir xatırlatma yoxdur.
ABŞ “Rusiya yükü”nü Avropanın üstünə atır - VİDEO Həmçinin Ukraynaya 40 milyard dollar yardım göstərilməsi ilə bağlı əvvəlki vədlər təkrarlanmır. Bununla belə, layihədə kollektiv müdafiə öhdəliyi təsbit edilir və Ukraynaya qarşı müharibədə Rusiya, onun “təcavüzkar” kimi tanınmasına dair heç bir ifadə olmadan, birbaşa “Avro-Atlantik təhlükəsizliyə təhdid” adlandırılıb. Sənəddə müdafiə məhsulları ticarətində maneələrin aradan qaldırılması təklifi də yer alıb.
Bir iş sessiyasını və Hollandiya kralı ilə şam yeməyini nəzərdə tutan belə “təvazökar” format əvvəllər müttəfiqlərini qeyri-adekvat müdafiə xərclərinə görə tənqid edən ABŞ prezidenti Donald Trampla ictimai ixtilaf riskini azaltmaq məqsədi daşıyır.
NATO-nun baş katibi Mark Rüttenin fikrincə, hərbi xərcləri 5%-lik həddə razılaşdırmaq Tramp üçün siyasi uğur olacaq və bu, ABŞ-nin alyansda fəal iştirakını saxlamağa kömək edəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Müdafiə naziri Pit Heqset Vaşinqtonun NATO üzrə müttəfiqlərinin Avropanın konvensional (adi silahlarla) müdafiəsini təmin etmək və Rusiyanı çəkindirmək məsuliyyəti öz üzərinə götürməli olduqlarını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri