NATO sammitində Ukrayna müzakirə edilməyəcək?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 24-dən 25-dək Haaqada keçiriləcək NATO sammitinin yekun bəyannaməsində Ukraynanın alyansa mümkün üzvlüyü ilə bağlı heç bir bənd olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi təşkilatın ölkələrindən birinin diplomatına istinadən məlumat verib.
"Sammitin yekun bəyannaməsində bu barədə söhbət açılmayacaq", - o bildirib.
Agentliyin mənbələrinin bildirdiyinə görə, NATO-nun gündəliyinə Ukraynanın, ən azı, qısa və ortamüddətli perspektivdə hərbi bloka qoşulması məsələsi daxil deyil. Bundan əlavə, alyans Ukraynaya dəstək üçün hər hansı yeni maliyyə öhdəlikləri götürməyi planlaşdırmır.
Ehtimal olunur ki, alyans ölkələrindən ABŞ Prezidenti Donald Trampın əvvəllər tələb etdiyi kimi, hərbi xərclərin ÜDM-in hazırkı 2%-dən 5%-ə çatdırılması tələb olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















