NATOdan müharibəni alovlandıracaq açıqlama Ukraynanı silahlandırmalıyıq
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
"NATO üzvləri Ukraynaya hücum silahlarının tədarükünü artırmalıdır".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, bütün bunlar münaqişənin trayektoriyasının dəyişdirilməsi zərurəti ilə bağlıdır.
“Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik, xüsusilə enerji infrastrukturu üçün hava hücumundan müdafiə təchizatını, həm də hücum silahlarının tədarükünü artırmalıyıq”, - Rutte bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Mark Ruttenin Kiyevə Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif etdiyi və Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək üçün Qərbin ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə silah göndərməli olduğunu bildirdiyi bildirilirdi.
Baxış sayı:93
Bu xəbər 04 Dekabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















