Naxçıvan Çalxanqala avtomobil yolunun kənarında yeni tut bağı salınacaq
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə torpaq hazırlıq işləri görülüb.
Bu barədə "Report"un yerli bürosuna Nazirliyin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, 4*4 metr əkin sxemi (cərgə və cərgələrarası məsafə 4 metr) ilə salınacaq yeni tut bağında xüsusi texnikaların köməyi ilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemi quraşdırılıb və digər zəruri işlər icra olunub. Bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək KMZ formatda xəritələri hazırlanıb.
Qeyd edək ki, muxtar respublika ərazisində 408 hektarda 118 mindən çox tingin əkilməsi, 58 hektarda isə yeni bağların salınması planlaşdırılır.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 05 Mart 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















