Naxçıvan Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə yeni tut bağı salınacaq
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən işlər davam etdirilir.
Belə ki, Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni salınacaq tut bağı ilə bağlı hazırlıq işləri görülüb.
4*4 m əkin sxemi (cərgə və cərgələrarası məsafə 4 metr) ilə salınacaq yeni tut bağında xüsusi texnikaların köməyilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemi quraşdırılıb və digər zəruri işlər icra olunub.
Məlumat üçün bildirək ki, bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək KMZ formatda xəritələri hazırlanıb.
Qeyd edək ki, muxtar respublika ərazisində keçiriləcək yaşıllaşdırma tədbirlərində 408 hektarda 118 mindən çox ting əkilməsi, 58 hektarda isə yeni bağların salınması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















