Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək

Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 21 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Acıbadem Universitetinə işgüzar səfər edib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində rektorun rəhbərliyi ilə nümayəndə heyəti Acıbadem xəstəxanaları və Acıbadem Universitetinin təsisçisi Mehmetali Aydınlar, Acıbadem Universitetinin rektoru Ahmet Şahin ilə görüşüb.

Görüşdə tibb sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Naxçıvan Dövlət Universiteti ilə Acıbadem Universiteti və Acıbadem xəstəxanaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumda bir çox istiqamətdə ortaq fəaliyyətlər nəzərdə tutulub. NDU-nun Tibb fakültəsi tələbələri üçün təcrübələrin Acıbadem xəstəxanalarında təşkili, peşəkar həkim-professor heyətinin NDU-da təlim, tədris və tədqiqat prosesinə cəlbi, dünyanın ikinci böyük tibb təlim-tədris mərkəzi olan Acıbadem Universitetində həkim terapevt və tələbələrin təlimlərdə iştirakını təmin etmək istiqamətində geniş əməkdaşlıq planlaşdırılıb.

Rektor Elbrus İsayevin Mehmet Ali Aydınlar ilə görüşü zamanı NDU tələbələrinin Acıbadem xəstəxanalarında və Case simulyasiya mərkəzində təlimlər keçməsi ilə bağlı razılıq əldə olunub.

Görüşdə NDU ilə Acıbadem Universiteti arasında Tibb sahəsində əlaqələrin inkişafına dair danışıqlar aparılıb.

Qeyd edək ki, Acıbadem dünyada 24 xəstəxanaya malik geniş xəstəxanalar şəbəkəsi olan, tibb elmləri və təhsili sahəsində aparıcı təhsilə malik nadir mərkəzlərdən biridir. Acıbadem Universitetinin Tibb fakültəsi və xəstəxanası arasındakı uğurlu əməkdaşlıq NDU-nun həm tələbələrinin, həm də həkim rezidentlərinin zəngin təcrübə qazanmasına və yüksəkixtisaslı həkim kimi formalaşmalarına töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri