Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universiteti ilə Düzce Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Düzce Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Düzce Universiteti arasında NDU-da əməkdaşlıq görüşü keçirilib. 

Görüşdə NDU-nun rektoru Elbrus İsayev universitetin tarixi, inkişafı və fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik olan  NDU 108 hektarlıq ərazidə yerləşən modern kampusu ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir.  Dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var və bu əlaqələrdə Türkiyə universitetləri üstünlük təşkil edir. Eləcə də 23 xarici ölkədən 1800-ə yaxın əcnəbi tələbə kontingentində Türkiyənin müxətlif bölgələrindən olan tələbələr say çoxluğu ilə seçilir. Rektor universitetin çoxşaxəli kadr hazırlığından bəhs edib, qeyd olunub ki, NDU-da 250-ə yaxın proqram üzrə kadrlar hazırlanır. IELTS və SAT Qeydiyyat və İmtahan Mərkəzi, IBM Mərkəzi, Texnologiyalar Parkı və digər strukturlar, layihələr əsasında beynəlxalq əməkdaşlıqlar gücləndirilir. Ölkə və xarici ali təhsil ocaqları ilə ikili diplom proqramları, müəllim- tələbə mübadiləsi uğurla icra olunur.

Düzce Universitetinin rektoru Nedim Sözbir görüşdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi ali təhsil müəssisəsinə dair məlumatları bölüşüb, Naxçıvan Dövlət Universiteti ilə qurulacaq ortaq əməkdaşlığın irəlidə uğurlu layihələrə yol açacağına əminliyini ifadə edib. 

Əməkdaşlıq görüşündə doktorantura səviyyəsində kadr hazırlığı, birgə elmi konfransların və ortaq tədqiqat işlərinin aparılması, ikili diplom lahilərinin təşkili, akademik heyətin qarşılıqlı fəaliyyəti, müəllim-tələbə mübadiləsinin genişlənməsi barədə razılıq əldə edilib. Hər iki ali təhsil ocağının elmi və tədris-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaq, maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək nəzərdə tutulub. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində perspektivdə olacaq fəaliyyətlərə, xüsusilə süni intellekt əsaslı layihələrin planlaşdırılmasına dair qarşılıqlı təkliflər səsləndirilib.

Sonra Naxçıvan Dövlət Universiteti və Düzce Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb, xatirə fotosu çəkdirilib.

Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri