Naxçıvan Dövlət Universitetindən yayılan iddialara CAVAB: Hüquqi addımlar atılacaq
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Naxçıvan Dövlət Universiteti son günlər sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi informasiya resurslarında yayılmış dezinformasiyalara münasibət bildirib.
Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi dekanların tələbələrə qarşı qeyri-etik hərəkətlər etməsi barədə yayılan məlumatlar tamamilə əsassızdır:
"Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır".
Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb:
"Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb".
Əzizə İsmayılova
Baxış sayı:126
Bu xəbər 14 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















