Icma.az
close
up
RU
Hüquqi dövlət quruculuğunda...

Hüquqi dövlət quruculuğunda...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətəndaş cəmiyyətinin rolu əvəzsizdir!

Respublikamız müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. Bu nailiyyət də əlbəttə ki, xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminat deməkdir.

Milli proqramların hazırlanmasında və həyata keçirilməsində Qeyri-Hökumət Təşkilatlarının yaxından iştirak etməsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasından xəbər verir. Vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərən QHT-lər məhz elə bu cəhlər sayəsində qanunların aliliyi, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində xeyli ixtisaslaşıblar. Artıq QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi, dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində kifayət qədər fəallıq nümayiş etdirirlər.

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir: “Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir”.

R.Zeyni qeyd edib ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur: “Nəticədə, bu cəmiyyətin mahiyyəti hakim elitanın, hakimiyyətin ifadəçisi olmaq deyil, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini ifadə etməkdir.

Bütün sadalananların fonunda əminliklə deyə bilərik ki, müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Təbii ki, bununla ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin tamamlandığını demək olmaz. Azərbaycanın 33 illik dövlət müstəqilliyinin inkişafına baxsaq, prosesin davamlılığını görə bilərik. Bu proses daim təkmilləşir. Bu modelin yaradılmasında isə mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Məhz özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu”.

Forum rəhbərinin sözlərinə görə, Azərbaycan dövləti özünün inkişaf strategiyasında hər zaman bu istiqamətə xüsusi önəm verib, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşıb: “Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə -  vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib.Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü muxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şübhəsizdir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri