Icma.az
close
up
RU
Naxçıvan hadisəsi İranda hakimiyyətdaxili qarşıdurmanın nəticəsi ola bilər AÇIQLAMA

Naxçıvan hadisəsi İranda hakimiyyətdaxili qarşıdurmanın nəticəsi ola bilər AÇIQLAMA

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Siyasi məntiqlə İran üçün yeni cəbhələrin açılması onun xeyrinə deyil. Amma problem onunla bağlıdır ki, İranda hakimiyyətdaxili mübarizə başlayıb”

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktlarını Bakıvaxtı.az-aşərh edərkən deyib.

Onun sözlərinə görə, mübarizənin əsas hədəfi kiminsə hakimiyyətini qoruyub, saxlaması, kimin isə hakimiyyəti əldə etməsi ilə bağlıdır:

“Bir məsələni də qeyd edim ki, ötən ay İranda etiraz aksiyaları baş vermişdi. Bu aksiyalar qəribə bir elementlə yadda qaldı. Yəni etiraz edənlər vardı, amma liderlər yox idi. Bu, onu göstərir ki, etiraz dalğalarının arxasında bunu təşkil edən siyasi qruplar vardı. İranın idarəçilik strukturuna nəzər yetirsək, şahidi olacağıq ki, orada iki paralel qrup var: teokratlar və ali liderə tabe olan SEPAH. Bu iki strukturun da öz ordusu və təhlükəsizlik sistemi mövcuddur. Təbii ki, bunların arasında həmişə rəqabət olub. İndiki mərhələdə bu qarşıdurma daha da kəskin forma alıb. İndiki məqamda baş verən hadisə nə Azərbaycanın, nə də dövlət olaraq İranın xeyrinədir”.

Müsahibimiz diqqətə çatdırıb ki, İranda ciddi şəkildə hakimiyyət böhranı yaşanır:

“Yerlərdəki hərbi və siyasi şəxslərin bu və ya digər təxribatlara əl atması mümkündür. Hesab edirəm ki, Naxçıvanda baş verən hadisə İrandakı daxili gərginlik və qarşıdurmanın bağlantısı ola bilər. Sirr deyil ki, bəzi mərkəzlər xarici dairələrin təsiri altındadırlar və sifariş yerinə yetirə bilərlər. Biz görürük ki, buna dair məlumatlar da mövcuddur”.

Tofiq Zülfüqarov: Naxçıvana atılan dronları hansı ölkənin istehsal etdiyi də müəyyən edilməlidir

T.Zülfüqarov hesab edir ki, Azərbaycan Naxçıvanın İran tərəfindən vurulmasına lazımi şəkildə reaksiya verib:

“Gələcəkdə bizim bu hadisəyə münasibətimiz İran hakimiyyətinin məsələyə hansı formada yanaşmasından asılı olacaq. Yəni ciddi araşdırma baş verəcəksə, məsul şəxslər ifşa və həbs olunacaqlarsa, münasibətlər sistemindəki gərginlik aradan qalxa bilər. Onu da vurğulamaq yerinə düşər ki, texniki baxımdan PUA-ların yanlış atılması da mümkün ola bilər. Biz bunu istisna etməməliyik. Naxçıvana atılan dronları hansı ölkənin istehsal etdiyi də müəyyən edilməlidir”.

Müsahibimizin qənaətincə, indiki halda İran və Azərbaycan arasında gərginlik yaratmaq istəyən qüvvələr çoxdur:

“Bu vəziyyətdə təmkinliyik, amma öz iradəmizi açıq şəkildə nümayiş etdirib, addımlar atmalıyıq. Artıq bu addımların ilkin nəticəsini görə bilərik. İranın rəsmi dairələri birmənalı şəkildə deyirlər ki, Naxçıvanın vurulması onların qərarı deyil. Bu da çox vacib açıqlamadır. Yəni hərbi komandanlıq heç kəsə Azərbaycana dronlar göndərib, partlayışlar törədilməsi əmrini verməyib.  Hesab edirəm ki, bu, ilkin müsbət haldır. Rəsmi Bakı bunun davamını tələb edəcək”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri