Icma.az
close
up
RU
Naxçıvan avtobusları İranda niyə saxlanılıb? Rəsmi AÇIQLAMA KONKRET

Naxçıvan avtobusları İranda niyə saxlanılıb? Rəsmi AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılması ilə bağlı məlumat yayılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib. Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.

Onların sözlərinə görə, sərnişinlərə nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsilə Culfa gömrüyünə qədər getməyə icazə verilir. İran tərəfi sərnişinlərə bildirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş. İran tərəfi onları təhdid edərək avtobusların saxlanılmasını ictimailəşdirməməyi, həmin yerdən aralanacaqları təqdirdə həbs olunacaqlarını bildirib.

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb.  Artıq həmin avtobuslar gecə saat 02:00-03:00 radələrində Naxçıvan Avtovağzalına çatıblar.

Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır”.

Qeyd edək ki, Bakıdan Naxçıvana və əks istiqamətə İran ərazisindən keçməklə hərəkət edən avtobus reysləri uzun illərdir ki, fəaliyyət göstərir. İsraillə İran arasında müharibə səbəbindən təhlükəsizlik məqsədilə dayandırılan reyslər iyulun 19-dan etibarən bərpa olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri