Icma.az
close
up
RU
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar. SİA xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.

Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.

Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,

Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.

seeBaxış sayı:80
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri