Naxçıvan kitabxana əməkdaşları Milli Kitabxanada qabaqcıl təcrübə ilə tanış olublar
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 1 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və qabaqcıl iş metodlarının mənimsənilməsi məqsədilə Milli Kitabxanada təcrübə keçiblər.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, təcrübə müddətində iştirakçılar Milli Kitabxanada tətbiq olunan müasir idarəetmə mexanizmləri, fondların formalaşdırılması və təşkili prinsipləri, informasiya xidmətlərinin təqdim edilməsi üsulları, həmçinin rəqəmsallaşdırma prosesləri və elektron resursların idarə olunması sahəsində mövcud qabaqcıl təcrübə ilə yaxından tanış olublar.
Proqram çərçivəsində həmçinin kitabxana işində beynəlxalq standartların tətbiqi, informasiya mübadiləsi sistemlərinin inteqrasiyası, istifadəçi yönümlü xidmət modellərinin qurulması və müasir texnologiyaların kitabxana fəaliyyətinə tətbiqi məsələləri də diqqət mərkəzində saxlanılıb.
Təcrübə proqramında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, eləcə də Naxçıvan şəhər, Şərur, Ordubad və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərini təmsil edən ümumilikdə 10 nəfər kitabxana mütəxəssisi iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 May 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















