Icma.az
close
up
RU
Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar

Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq, şair İlqar Fəhmi Milli Kitabxanada olub.

AZƏRTAC xəbər verir ki, 50 illik yubileyi münasibətilə burada açılan kitab sərgisi ilə tanışlıqdan sonra İlqar Fəhmi oxucusu olduğu Milli Kitabxana haqqında xatirələrini bölüşüb, sərginin təşkilinə görə təşəkkürünü bildirib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov müasir Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm xidmətləri olan İlqar Fəhmini yubileyi münasibətilə təbrik edib, ona yeni uğurlar arzulayıb.

Bu günlərdə 65 yaşı tamam olan ədəbiyyatşünas alim, yazıçı-publisist, professor Almaz Ülvi də Milli Kitabxanada yubileyi münasibətilə tərtib edilən sərgi ilə tanış olub, bu diqqətə görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

O, müəllifi olduğu “Heç demirsən, Ələsgərim hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, eləcə də 30 ilə yaxın tədqiq etdiyi qardaş özbək ədəbiyyatı ilə bağlı əsərlərini – ümumilikdə 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib.

Qeyd edək ki, Almaz Ülvi “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri”, “Azərbaycan-özbək ədəbi əlaqələri dövrlər, simalar, janrlar və təmayüllər”, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”, “Əlişir Nəvainin əsri və nəsri”, “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” və s. tədqiqat əsərlərinin müəllifidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri