Icma.az
close
up
RU
Naxçıvan MR də icra olunan layihə yekunlaşdı

Naxçıvan MR də icra olunan layihə yekunlaşdı

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Azərbaycana və milli-mənəvi dəyərlərimizə təhdidlərlə mübarizədə ictimai səfərbərliyin gücləndirilməsinə töhfə verildi

“Vətəndaş Tribunası” İctimai Birliyinin Naxçıvan MR-də yerinə yetirdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi başa çatdı. Layihə çərçivəsində eyniadlı kitabça nəşr edilərək tədbir iştirakçılarına paylandı. Kitabçada sosial media vasitəsilə aparılan müasir təbliğatın forma və xarakterləri analiz edildi, Azərbaycana, xalqımızın mili-mənəvi dəyərlərinə qarşı yönəldilən təhdidlər araşdırıldı, onlarla mübarizə yolları göstərildi.

Layihə rəhbəri yazıçı Səfər Alışarlı mətbuata açıqlamasında bildirib ki, Şərur və Naxçıvan şəhərlərində yerli ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın 2020-ci il Qarabağ qələbəsindən və 2023-cü ildə Qarabağda keçirilmiş bir günlük anti-terror əməliyyatından sonra yaranmış regional və beynəlxalq vəziyyət müzakirə edildi, düşmən qüvvələrin ölkəmizə qarşı apardığı təbliğatın çirkin məqsəd və niyyətləri ifşa edildi. Bildirildi ki, Ermənistan, İran və Rusiyanın, eləcə də bəzi Qərb dövlətlərinin müəyyən dairələri Azərbaycanın Qarabağ qələbəsini həzm edə bilmir, bölgəmizdə münaqişə ocağınınbərpa olunması və saxlanması üçün əllərindən gələni edirlər. Həmişə olduğu kimi, bu işin önündə media təbliğatı gedir. Adı çəkilən ölkələrdə Azərbaycana  qarşı şər-böhtan kampaniyalarını davamlı şəkildə aparmaq üçün xüsusi tribunalar formalaşdırılır,boşboğaz siyasətçi, jurnalist qruplarına sosial media vasitəsilə geniş təbliğat imkanları yaradılır.Zatulin, Tolstoy, Solovyov, Simonyan, Platoşkin, Mardan, Miqranyan, Baqdasaryan, Kurqinyan, Poqosyan və sairimperiyapərəsttörtöküntülərbu sahədə xüsusi fəallığı ilə seçilirlər.

Tədbirlərdə qeyd edildi ki, Rusiya xüsusi xidmət orqanlarının təxribatçı təhdidləriləErmənistanda revanşizm əhvalı körüklənir, burada Azərbaycana qarşı yeni cəbhənin yaradılması, regional sabitliyin pozulması üçün ciddi səylər göstərilir. 13 avqust 2025-ci il yüksək səviyyəli Vaşinqton razılaşmasından sonra da Ermənistanda revanşizm əhvalı səngimir, bu ölkənin mürtəce dairələri Azərbaycana qarşı təbliğatı davam etdirirlər.Bu işin arxasında əsasən Rusiya və İran dayanır. Rusiya üzdə Zəngəzur dəhlizinin açılmasının tərəfdarı kimi çıxış etsə də, özünün dəhlizə nəzarətini təmin etmək üçün regional sabitliyi pozmaq niyyətindən əl çəkmir. Dəhlizin açılmasına qarşı İran daha radikal mövqe nümayiş etdirərək rəsmi səviyyələrdə kəskin bəyanatlar səsləndirməkdə davam edir.

Azərbaycan dövləti bütün bu təxribatçı siyasətin önlənməsi və milli maraqların təmin edilməsi üçün həm beynəlxalq, həm də regional səviyyədə böyük diplomatik səylər nümayiş etdirir, eyni zamanda dünyada gedən müxtəlif müharibələrin yaratdığı mürəkkəb vəziyyəti nəzərə alaraq, ölkəmizin hərbi qüdrətinin artırılmasını bir an belə nəzərdən qaçırmır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 21 avqust 2025-ci ildə Kəlbəcərə köç etmiş sakinlərin nümayəndələrilə görüşdə daha geniş danışaraq, Azərbaycanın müharibəyə həmişə hazır olmasının zəruriliyini vurğuladı.

Layihə tədbirlərində qeyd edildi ki, dünyada iqtisadi ekspansiya uğrunda gedən kəskin mübarizə türk dövlətlərinin birliyini tələb edir. Bu birliyin əsas yolu isə Zəngəzur dəhlizindən keçir. Dəhlizin türk birliyi üçün əsas kommunikasiya arteriyası olduğunu görən düşmənlərimiz ona qısqanclıqla yanaşmaqda davam edirlər. Onlar  türk birliyi ilə iqtisadi, siyasi, logistik və sair əməkdaşlıq planları qurmaq əvəzinə müxtəlif  təxribatçı şəbəkələr yaradır, sosial mediada apardıqları təbliğatda bu birliyi ideoloji baxımdan əngəlləməyə cəhd göstərirlər. Yolun açılmasının 35 illik blokada həyatı yaşayan Naxçıvan üçün xüsusilə mühüm əhəmiyyət daşıdığı keçirilən layihə tədbirlərində xüsusilə vurğulandı.

LayihəAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri