Icma.az
close
up
RU
Naxçıvan MR də icra olunan layihə başa çatdı

Naxçıvan MR də icra olunan layihə başa çatdı

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Naxçıvan MR-də icra olunan layihə başa çatdı

“Vətəndaş Tribunası” ictimai birliyi Naxçıvan şəhərində yerli ictimaiyyət nümayəndələrilə görüş keçirdi

“Böyük türk birliyinin inteqrasiya perspektivləri” layihəsi çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə daha bir görüş 14 avqust 2026-cı ildə Naxçıvan şəhərində keçirilib. “Vətəndaş Tribunası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Naxçıvan MR-də reallaşdırdığı layihə tədbirləri bununla başa çatıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov maarifləndirici missiya daşıyan belə görüşlərin vacibliyini vurğulayaraq dedi ki, muxtar respublikada belə tədbirlərin keçirilməsi cənab Prezident İlham Əliyevin Naxçıvana səfəri fonunda mühüm əhəmiyyət kəsb edir:  naxçıvanlılar türk birliyi və Zəngəzur dəhlizi ilə bağlı bütün xəbərləri böyük həssaslıqla izləyirlər.

“Vətəndaş Tribunası” ictimai birliyinin sədri, layihə rəhbəri, yazıçı Səfər Alışarlı məruzə ilə çıxış edərək, indi regionda baş verən böyük hadisələrin təhlili üçün layihənin əhəmiyyət daşıdığını qeyd etdi. Bildirildi ki, dünyada təsir və nüfuz dairələrinin yenidən format olunduğu zamanda Azərbaycan bu qlobal dəyişikliklər məkanının bir hissəsinə çevrilib və öz milli maraqlarını bacarıqla qoruyur. 2009-cu ildə əsası Naxçıvan şəhərində qoyulmuş Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində Azərbaycanın Türkiyə və Mərkəzi Asiya türk cümhuriyyətləri arasında körpü rolu daha da güclənib. Çin-Avropa marşrutu üzərində Orta Dəhliz kimi yaranan logistik xəttin Azərbaycandan və Türkiyədən keçməsi yüklərin daşınmasında bütün region ölkələrinə böyük fayda verməyə başlayıb. Bu dəhlizin mühüm qollarından biri olan Zəngəzur yolunun açılmasıüçün TRİPP layihəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda prezident Trampın iştirakı ilə imzalanıb.Artıq ABŞ hökuməti bu layihənin Ermənistan ərazisində icra edilməsinə 400 milyon diollardan artıq vəsait ayırıb. Qeyd edildi ki, Zəngəzur dəhlizinin açılmaması üçün də çalışan dövlətlər var. Onlar bəzi hallarda öz siyasi maraqlarını iqtisadi səmərələrlə pərdələməyə çalışır və bu məcrada Ermənistana təzyiq etməyə, regionda gərginliyi artırmağa çalışırlar.

Natiq vurğuladı ki, bugünlərdə türk birliyinin logistik mərkəzlərindən biri olan Naxçıvana 17-ci səfərinireallaşdıran cənab prezident İlham Əliyevin sərəncamı ilə muxtar respublikanın sosial-iqtisadi inkişafına 258 milyon manat vəsait ayırıldı. Burada yerinə yetirilən işlər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək, Naxçıvan Muxtar Respublikasında həyatın müxtəlif  sahələrinin canlanmasına böyük təsir göstərəcək.

TDT-nin və onun yaratdığı qurumların fəaliyyətini yüksək qiymətləndirən S.Alışarlı 2024-cü ildə 34 hərfdən ibarət ortaq türk əlifbasının yaradılmasını, Novruz bayramını bütün türk xalqlarının eyni vaxtda qeyd etməsini, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş mədəni tədbirlərin 2026-cı ildə Bakıda keçirilməsini, türk xalqlarının birliyinin möhkəmlənməsinə xidmət edən digər tədbirlərin davamlı şəkildə həyata keçirilməsini vurğuladı.

Tədbirdə çıxış edən Əməkdar jurnalist, yazıçı-publisist  Hüseyn Əsgərov, Əməkdar jurnalist Muxtar Məmmədov və başqaları Türk Dövlətləri Təşkilatının regionda və dünyanın qüvvələr balansında oynadığı rolu qeyd edərək bildirdilər ki, son iki yüz ildə rus imperiyası türk xalqlarını və onların tarixən məskunlaşdığı əraziləri parçalamaqla assimilyasiya siyasətini həyata keçirmişdir. Türk xalqlarının yenidən birləşməsi onların siyasi, iqtisadi və mədəni cəhətdən çiçəklənməsinə səbəb olacaq və xarici təhlükələrdən qoruyacaq. Bildirildi ki, Zəngəzur dəhlizi bu mənada təkcə yol yox, həm də mənəvi vəhdətin əsas amillərindən biridir. Çıxış edənlər Naxçıvan logistikası üzrə gedən yenidənqurma işlərindən danışaraq, Ermənistanda bu yolun açılması üçün işlərin ləng getdiyini diqqətə çatdırdılar.   

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanıb, foto və videoçəkilişlər aparılıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2026 04:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri