Icma.az
close
up
RU
Naxçıvan Konstitusiyasında nələr dəyişir? Ali Məclisin deputatları danışdı

Naxçıvan Konstitusiyasında nələr dəyişir? Ali Məclisin deputatları danışdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da muxtar respublikanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb. Qarşıda isə iki prosedur qalıb: Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir.

İlk müzakirə və birinci oxunuşda qəbulu bu il fevralın 20-də olan sənədin detalları indiyədək açıqlanmayıb. Ali Məclisin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə olunduğu iclasları ilə bağlı rəsmi məlumatlarda yalnız ümumi cümlələr yer alıb. Qeyd olunub ki, qanun layihəsi geniş müzakirələrdən sonra səsverməyə çıxarılıb. Amma müzakirələr barədə ətraflı informasiya verilməyib.

Layihə Ali Məclisin rəsmi internet saytında yerləşdirilməyib. Eyni zamanda rəsmi mətbuatda dərc və şərh olunmayıb.

Naxçıvan Ali Məclisinin Teleqraf-a danışan deputatları da sənəd barədə geniş məlumat verməyiblər.

Deputat Qafar Qənbərov “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında hansı dəyişikliklər nəzərdə tutulur” sualına cavab olaraq deyib: “Müəyyən inkişafdan sonra Naxçıvan konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Uzun illərdir belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və ikinci oxunuşda qəbul edildi. Yəqin ki, bundan sonra Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq”.

Nəzərdə tutulan dəyişikliklərin vacib əhəmiyyət daşıdığını söyləyən deputat əlavə edib ki, inkişafla bağlı struktur dəyişikliyi və s. amillər yeni konstitusiyada əksini tapacaq: “Amma Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detallara vara bilməyəcəyəm”.

Ali Məclisin digər deputatı Xumar Məmmədovanın şərhi də ümumi xarakter daşıyıb.

O qeyd edib ki, qanunvericiliyə əsasən, konstitusiyaya dəyişikliklər layihəsi Ali Məclisin iclasında ilk oxunuşda qəbul edildikdən üç ay sonra növbəti dəfə müzakirəyə çıxarılır və qəbul olunub. Daha sonra isə sənədi Ali Məclisin sədri imzalayır və təsdiq edilməsi üçün Azərbaycan Milli Məclisinə göndərilir: “Milli Məclisdə isə sənəd iki oxunuşda müzakirə olunur. Bu dövr isə 6 ayı əhatə edir. Ümumilikdə Ali Məclisin son sessiyasında Naxçıvan Konstitusiyasında hansı dəyişikliklərin olacağı ilə bağlı qərarlar qəbul edilib. Bununla bağlı detalları danışa bilməyəcəyəm. Layihə Milli Məclisə təqdim edildikdən sonra detalları biləcəksiniz”.

Deputat “dəyişikliklər Naxçıvan Konstitusiyanın neçə maddəsini əhatə edir” sualına isə birmənalı cavab verməyib: “Ümumi məlumatları sizə bildirdim. Əlavə məlumatlar üçün Ali Məclisin saytına da müraciət etmək olar. Amma konkret neçə maddədə dəyişikliklərin olacağını hələlik açıqlamaq olmur”.

O, “əlavə və dəyişikliklər nədən ibarətdir” sualına cavab olaraq deyib: “Bunu cavablandırmamaq hüququnu özümdə saxlayıram. Ali Məclisin iki oxunuşundan keçmiş qanun barədə Milli Məclisdə aparılacaq müzakirələrdən sonra daha dəqiq məlumatlar vermək olar”.

“Həmin dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin statusunun müəyyənləşməsi və Naxçıvan Nazirlər Kabinetinin buraxılması məsələsi varmı” sualına X.Məmmədova konkret cavab verməyib: “Qanun Milli Məclisdə müzakirəyə çıxarılandan sonra bu barədə daha dəqiq məlumatlar əldə etmək mümkün olacaq”.

Naxçıvanın idarə edilməsində Ali Məclisin əvvəlki funksiya və səlahiyyətlərini saxlayıb-saxlamayacağına dair suala gəlincə, deputat deyib: “Təbii ki, konstitusiyada hər hansı bir dəyişikliklərin edilməsi labüddur. Xüsusi nümayəndəliyin yaranması, atılacaq addımlar qanunlarda müəyyən dəyişikliklərin edilməsini zərurətə çevirib. Hazırda məhz bu proses gedir. Sözsüz ki, Naxçıvan Konstitusiyasında müəyyən dəyişikliklər olacaq. Amma bu dəyişikliklər Milli Məclisə təqdim edildikdən və geniş müzakirələrə çıxarıldıqdan sonra açıqlanacaq”.

X.Məmmədova dəyişiklik zərurətinin bir çox hallarda Naxçıvanda Xüsusi Nümayəndəlik və Ali Məclis arasında səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı ziddiyyətlərin aradan qaldırılması ilə bağlı olduğuna dair iddianı təkzib edib: “Xüsusi Nümayəndəlik Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, bir institut kimi formalaşıb. Bu da Naxçıvan Konstitusiyasının bir neçə maddəsində dəyişikliklərin edilməsini sözsüz ki, labüd edir. Amma ortada ziddiyyətli heç nə yoxdur. Sadəcə, yeni dövrün tələblərinə uyğun olaraq dəyişikliklərə ehtiyac var idi”.

Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin gizli saxlanılmasına gəlincə, X.Məmmədova söyləyib ki, qanun qəbul edilməmiş deputatın hər hansı bir söz deməsi məqsədəuyğun deyil: “Bu qanundur. Mənim də bir deputat kimi ixtiyarım yoxdur ki, qanun qəbul edilməmiş onu açıqlayım”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında hansı maddələrin dəyişəcəyi ilə bağlı suala belə cavab verib:

“Bu layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı bir şey söyləyə bilmərəm. Yəqin ki, zərurət var. Belə olmasa idi, Naxçıvan Ali Məclisi toplanıb dəyişikliklərlə bağlı qərar verməzdi. Ona görə də burada hansısa şübhəli yanaşma doğru deyil”.

Komitə sədri Naxçıvan Konstitusiyası niyə dəyişdirilir və hansı maddələrdə dəyişikliklərin olacağı ilə bağlı suala cavab vermək üçün konkret maddələrlə tanış olmağın vacibliyini bildirib: “Sözsüz ki, konstitusiyaya əsasən həmin dəyişikliklər təsdiq edilməsi üçün Milli Məclisə göndəriləcək və o zaman da biz bu mövzulara dair ətraflı münasibət bildirəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 May 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri