Icma.az
close
up
RU
Naxçıvan mühüm logistika və turizm mərkəzinə çevriləcək

Naxçıvan mühüm logistika və turizm mərkəzinə çevriləcək

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumunda iştirak edən Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov forumun qarşılıqlı ticarət və iqtisadi əlaqələrin daha dərindən inkişafı baxımından əhəmiyyətinə toxunub.Bildirib ki, Prezident İlham Əliyev Naxçıvana xüsusi diqqət ayırır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Növbəti ildən başlayaraq Azad İqtisadi Zona elan edilən muxtar respublikada sahibkarlar 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad ediləcək. Bu islahatlar yerli iş adamları ilə yanaşı, türkiyəli investorlar üçün də əlverişli biznes mühiti yaradacaq.Xüsusilə dövlət başçısının səyləri nəticəsində bölgədə sülh prosesinin başlanması, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar Naxçıvanı mühüm logistika və turizm mərkəzinə çevirəcək.Səlahiyyətli nümayəndə türkiyəli iş adamlarını fəal işbirliyinə dəvət edib.Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan və Ərdahan valisi Hayrettin Çiçek qarşılıqlı səfərlərin əlaqələrin daha dərin müstəvidə inkişafına şərait yaradacağına əminliklərini bildiriblər. Türkiyənin yaxın bölgələrinin Naxçıvanla ticarət əlaqələrinin ən üst səviyyəyə çıxmasında maraqlı olduqlarını bildirən qonaqlar Zəngəzur dəhlizinin reallaşmasının Naxçıvanla yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı və Ərdahan vilayətlərinin də inkişafında əsaslı rol oynayacağını diqqətə çatdırıb, qarşılıqlı işbirliklərinin fayda verəcəyini vurğulayıblar.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla yaxşı əməkdaşlıq qurduğunu deyib, qarşılıqlı biznes missiyalarının reallaşdırılmasında bundan sonra dəstəklərini əsirgəməyəcəklərini qeyd edib.Söhbət zamanı sərhədyanı ticarət və gömrük güzəştlərinin tətbiqi istiqamətlərində perspektiv imkanlar, ticarət disbalansının aradan qaldırılması, eləcə də qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub.Görüşdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri