Icma.az
close
up
RU
Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 iyun, AZƏRTAC

Qloballaşan dünya iqtisadiyyatında nəqliyyat-logistika sistemləri ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi strateji layihələr nəticəsində regional logistika mərkəzi olmaq istiqamətində mühüm nailiyyətlər əldə edir. Son illərdə ölkədə həyata keçirilən infrastruktur layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın qlobal yükdaşımalar zəncirində rolunu daha da artırıb. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Prezident İlham Əliyevin vurğuladığı “biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq” ifadəsi də qeyd olunanları bir daha təsdiq edir.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov deyib.

O bildirib ki, ölkəmizin regional logistika mərkəzinə çevrilməsi üçün zəngin potensial imkanları və əlverişli coğrafi mövqeyi var. Bunların bir qismi də uğurla həyata keçirilən proqram və layihələr nəticəsində qazanılmış üstünlüklərdir: “İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycanın logistika potensialının əsasını Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri təşkil edir. Xüsusilə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edir. Bu marşrut daha qısa məsafə və daha sürətli tranzit imkanları ilə seçilir və beynəlxalq yükdaşımalar üçün cəlbedici alternativ hesab olunur.

Qlobal ticarətdə müşahidə olunan dəyişikliklər, xüsusilə də yükdaşımaların daha təhlükəsiz və qısa marşrutlar üzrə təşkil edilməsinə artan tələbat Azərbaycanın tranzit əhəmiyyətini daha da yüksəldir. Xəzər dənizinə çıxışın olması da ölkəmizin logistika imkanlarını genişləndirir, dəniz daşımalarının artırılması və multimodal nəqliyyat sistemlərinin tətbiqi ölkənin beynəlxalq nəqliyyat şəbəkəsindəki rolunu gücləndirir.

Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsində nəqliyyat infrastrukturuna yatırılan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Ölkənin logistika imkanlarının genişləndirilməsində Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusilə qeyd edilməlidir. Xəzər hövzəsinin ən böyük nəqliyyat qovşaqlarından biri hesab olunan liman dəniz, dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən multimodal logistika mərkəzi kimi fəaliyyət göstərir. Eyni zamanda, yaxın gələcəkdə Ələtdə yük hava limanı da istifadəyə veriləcəkdir ki, bu da limanın imkanlarını artırmaqla, ölkəmizin logistik qovşaq kimi əhəmiyyətini daha da artıracaqdır. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən Abşeron Logistika Mərkəzi, Astara Logistika Terminalı və Gəncə Logistika Mərkəzi kimi obyektlər də ölkənin logistika şəbəkəsinin güclənməsinə mühüm töhfə verir. Bütün bunlar, Orta dəhlizin imkanlarını daha da genişləndirərək Asiya və Avropa arasında daşımaların həcmini artırmağı və intensivliyini yüksəltməyi təşviq edir”.

Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilir

Aqil Əsədovun fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində modernizasiya proseslərinin tamamlanması ilə illik buraxıcılıq qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılması da Orta Dəhlizlə yüklərin daha qısa müddətdə və daha aşağı xərclərlə daşınmasına imkan yaradır. Mövcud geosiyasi dəyişikliklər nəticəsində bir sıra ənənəvi yük marşrutlarının əhəmiyyəti azaldıqca, Orta Dəhlizə maraq daha da artmaqdadır. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri olmaqla yük axınlarının koordinasiyasında strateji rol oynayır. Ölkəmiz nəinki Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində, eləcə də Cənub-Qərb, Şimal-Qərb istiqamətlərində də əsas tranzit mərkəzi kimi çıxış edir. Belə ki, 2025-ci ildə tranzit daşımaların 33,7 faizi Şərq-Qərb, 16,8 faizi Şimal-Cənub, 21,9 faizi Cənub-Qərb, 27,6 faizi isə Şimal-Qərb dəhlizləri üzrə daşınıb. Bütün bunlar dövlətimizin başçısının da dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrildiyini, eləcədə nəqliyyat-tranzit-logistika qovşağı kimi mövqeyini möhkəmləndirəcəyini deməyə əsas verir.

Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri də ölkəmizin nəqliyyat sisteminin inkişafına yeni imkanlar açır. Qarabağda və Şərqi Zəngəzurda inşa olunan müasir avtomobil yolları, dəmir yolu xətləri və beynəlxalq hava limanları ölkənin logistika imkanlarını artırır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə Azərbaycan vasitəsilə beynəlxalq daşıma həcmini və intensivliyini daha artıracaq. Orta dəhlizinin əsas komponentlərindən birinə çevriləcək Zəngəzur dəhlizi, Asiya və Avropa arasında daşımaların daha çevik və ucuz çatdırılmasına təkan verəcək.

İİTKM-in şöbə müdirinin sözlərinə görə, Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi ölkəmizin dövlət büdcəsinə əlavə gəlirlər, logistika və sənaye sahələrinə investisiya axını, yeni iş yerlərinin yaradılması, ölkədə, xüsusilə regionlarda iqtisadi fəallığının artması, yerli məhsulların xarici bazarlara çıxışının asanlaşması və kimi iqtisadi üstünlüklər qazandıracaq. Bu isə bir daha onu göstərir ki, nəqliyyat-tranzit-logistika xidmətləri qeyri-neft sektorunun ən mühüm sahəsi kimi dövlətin diqqət mərkəzindədir və uzun illər prioritet olaraq qalacaq. Başqa sözlə desək, Azərbaycan üçün nəqliyyat-tranzit-logistika sektoru qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla iqtisadi tərəqqinin lokomotivinə çevriləcək. Milli və qlobal çağırışlar isə onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadi inkişafının əsas prioritet sahələrindən biri də beynəlxalq nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar və nəqliyyat-tranzit-logistika xidmətləri olacaq.

Müxbir – Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri