Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində videoformatda müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində videoformatda müşavirə keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində  aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya resurs bazalarının ölkənin analoji informasiya sistemləri və ehtiyatlarına inteqrasiyasının mövcud vəziyyətinin müzakirəsi ilə bağlı Baş nazir Ceyhun Cəlilovun sədrliyi ilə videoformatda müşavirə keçirilib. 

Bu haqda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Baş nazir bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 2022-ci ilin sonundan etibarən Naxçıvan Muxtar Respublikasında idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların fundamentində dayanan əsas məsələ ölkənin müvafiq mərkəzi icra və icra orqanlarının proseslərə inteqrasiyasıdır. Bu həm hüquqi, normativ, hüquqi bazanın inteqrasiyaya uyğunlaşması və təşkilati məsələlərin inteqrasiyasıdır. Cənab Prezidentin tapşırıqları ilə bu istiqamətdə ölkədə çox böyük islahatlar həyata keçirilib. Əsaslı dəyişikliklər, elə məhz proseslərin avtomatlaşdırılması, əlçatanlığın təmin edilməsi və elektron reyestrlər, resurslar hesabına vətəndaşlara dövlət xidmətlərinin ən rahat və sadə üsulla göstərilməsindən ibarət olmuşdur. Ölkədə həyata keçirilən bu islahatların Naxçıvan Muxtar Respublikasında da tətbiqi davam edir. Bu istiqamətdə ötən 2 il ərzində xeyli işlər görülmüşdür. Artıq  Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlər üzrə “Asan indeksi”in nəticələri müsbət dinamikada davam edir. 

Bütün qurumlar göstərdiyi dövlət xidmətlərini və proseslərini elektronlaşdırmalı, avtomatlaşdırmalı, ölkənin müvafiq informasiya resurslarına inteqrasiyasını daha da sürətləndirməlidir:- deyən Baş nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2024-cü il 24 fevral tarixində müvafiq sərəncam imzalandı və sərəncamda qeyd edildi ki, ölkənin dövlət orqanları tərəfindən formalaşdırılmış informasiya sistemlərinə və ehtiyatlarına Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən proseslərin inteqrasiyası məqsədilə müvafiq təhlillər həyata keçirilsin və cari vəziyyəti təhlil edilsin. 

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinə müxtəlif icra orqanları tərəfindən 104 xidmətlə bağlı məlumatlar daxil edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, artıq ölkədə tətbiq edilən islahatların nəticəsində formalaşdırılmış informasiya sistemi Naxçıvan Muxtar Respublikasında müəyyən istiqamətlərdə tətbiq edilir. Bir sıra istiqamətlərdə bəzi pilot layihələri muxtar respublikada həyata keçirilib ölkəyə ötürmək təşəbbüsü irəli sürülməlidir. 

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Süleyman Nemətov çıxış edərək bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşlar dövlət xidmətləri haqqında ətraflı məlumat əldə etmək imkanlarının şəffaf və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 25 dövlət xidməti elektron reystrdə qeydiyyata alınmışdır. Vətəndaşlara göstərilən dövlət xidmətlərindən 6-sı Daxili İşlər Nazirliyi, 7-si Asan Xidmət Mərkəzi, 8-i Dövlət Yol Polisi İdarəsi, 3-ü ərazi polis orqanlarında, 1-i mühafizə idarəsi tərəfindən həyata keçirilir. Qeyd olunan dövlət xidmətlərin vətəndaşlara əlçatanlığının təmin edilməsi məqsədilə elektron reyestrə məlumat yerləşdirilib. Həmçinin digər dövlət qurumlarının informasiya ehtiyyatları sisitemləri ilə inteqrasiya edilib.  

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin idarə etdiyi Lisenziya və icazələr portalında Naxçıvan bölməsinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların və vətəndaşların müraciətlərinin portala daxil edilməsi üzrə işlər aparılmaqdadır. Rəqəmsal sənəd dövriyyəsi alt sisteminin yaradılması üçün yeni server avadanlıqları alınmış və Nazirlikdə mövcud daxili sənəd dövriyyəsi (DOCNET) sistemi yeniləndikdən sonra, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri arasında birbaşa sənəd dövriyyəsi təmin ediləcəkdir. Hal-hazırda daxili sənəd dövriyyəsinin qurulması davam etdirilir və cari ilin aprel ayı ərzində yekunlaşması gözlənilir. 

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə qeyd edib ki, ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 159 xidmət göstərilir ki, Naxçıvan Muxtar Respublikasında 141 xidmət tam şəkildə tətbiq edilir. Bunlardan 83-ü elektron, 42-i praktik qaydada həyata keçirilməkdədir. Muxtar respublika üzrə bütün məlumat bazası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə tam şəkildə inteqrasiya olunub, muxtar respublikanın bütün rayonlarında qeyd olunan bütün istiqamətlər üzrə bir pəncərə və e-sosial internet portalı vasitəsi ilə açılış şəraitində xidmət edilməkdədir.

Növbəti dövrdə qeyd olunan istiqamət üzrə işlərin davam etdirilməsinin zəruruiliyi vurğulanmış,Nazirlər Kabineti tərəfindən inteqrasiyanın davamlı aparılması üçün zəruri resursların cəlb ediləcəyi bildirilib. 

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri