Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müşavirədə Baş nazir Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Qeyd edilib ki, həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib.

Baş nazir vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, büdcə gəlirləri yerli daxilolmalar hesabına artırılıb ki, bu da ilk dəfə olaraq büdcə daxilolmalarının 49 faiz hissəsinin yerli büdcə hesabına başa gəlməsinə səbəb olub. Naxçıvan Muxtar Respublikasının Baş naziri 2025-ci il büdcəsinin icrasına başlayacaq qurumlara hər bir istiqamət üzrə xərclərin icrası ilə bağlı müvafiq göstərişlər verib. Müvafiq icra orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə elektron sistemlərin ölkənin anoloji qurumlarının sistemlərinə inteqrasiyanın sürətlənməsini, işgüzar əlaqələrin daha da sıx qurulmasını və onların əldə etdiyi təcrübələrdən yararlanmağı tövsiyə edib, aidiyyəti qurumlara bir sıra tapşırıqlar verib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin 11 aylıq icra vəziyyəti,”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və ”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikasının 2025ci il büdcəsində əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) maliyyələşdirilməsi təklif edilən layihələrin ciddi texniki əsaslandırmalar aparılaraq hazırlanması tapşırıqları verilib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimovun, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadənin, Nazirlər Kabinetinin Aparat rəhbəri Sahir Rüstəmovun çıxışları dinlənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri