Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanır

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanır

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 2023-2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planının,habelə şəhərlərin baş planlarının hazırlanmasında əsas icraçı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib. Komitənin Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırda Naxçıvan iqtisadi rayonunun ümumi planının hazırlanması istiqamətində işlər həyata keçirilir”

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Vəsilə Allahverdiyeva deyib. Qeyd edib ki, şəhər torpaqlarından istifadə növlərini müəyyən etməklə muxtar respublika şəhərlərinin baş planlarının hazırlanması istiqamətində Naxçıvan şəhərinin baş planının icraçısı Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin, həmçinin sifarişçi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyində 6 dəfə təqdimat keçirilib. Təqdimatlarda ərazilərin inkişafı, funksional zonalaşdırma və planlaşdırma strukturu, mühəndis-nəqliyyat infrastrukturu, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi, istehsal, mühəndis-nəqliyyat təminatı obyektləri və digər infrastrukturların formalaşması, həmçinin məskunlaşma sisteminin mərkəzi və ya köməkçi mərkəz olan yaşayış məskənlərinin təsir zonası hüdudlarında perspektivdə inkişaf etdiriləcək əmək, mədəni-məişət və landşaftrekreasiya (yaşıllıq) əlaqələri və obyektləri müzakirə olunmuş və məsələlərlə bağlı müvafiq təkliflər verilib.

Vəsilə Allahverdiyeva bildirib ki, böyüməkdə olan muxtar respublikanın şəhərlərində yaşayan əhalinin mənzilə olan tələbatının təmin edilməsini nəzərə alaraq şəhər ərazisində yerləşən torpaq sahələrində çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub: "Artıq Naxçıvan şəhərində həmin tikintilər üçün ayrılan, habelə sahibkarların mülkiyyətində olan torpaq sahələrində tikinti layihələrinə şəhərsalma əsaslandırılması və memarlıq-planlaşdırma baxımından müvafiq qanunvericiliyin tələblərinə uyğun rəylər verilməsi təmin edilib. Belə ki, tikintisi nəzərdə tutulan 10,4 hektar torpaq sahəsində ümumilikdə 1460 mənzil olmaqla 47 yaşayış binasının bütün tikinti layihə sənədləri Komitə və baş planının icraçısı “Chapman Taylor” şirkəti ilə razılaşdırılıb və tikintiyə izacə icraatı həyata keçirilib. Həmçinin Ordubad və Şahbuz şəhərlərinin baş planının hazırlanması ilə bağlı içraçı İsveçrənin “SA_Parners” şirkəti tərəfindən 3 dəfə təqdimat keçirilib, şəhər sərhədləri, yaşıl sahələr, sənaye sahələri, infrastrukturlar, əsas binalar və planlaşdırılan şəhərin inkişafı və perspektivləri barədə müzakirələr aparılıb"

"İlin əvvəlindən etibarən Culfa və Babək şəhərlərinin baş plan layihələrinin hazırlanmasına başlanılıb. Belə ki, baş planların hazırlanması ilə əlaqədar, ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları Culfa və Babək rayonlarına ezam olunub və əldə edilmiş ilkin məlumatlar əsasında hazırlıq işlərinə başlanılıb"- deyə komitənin rəsmisi əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Aprel 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri