Icma.az
close
up
RU
Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planları hazırlanır

Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planları hazırlanır

Apa.az saytına istinadən Icma.az xəbər verir.

“2023-cü ildə müəyyən etdik ki, Naxçıvan Muxtar Respublikasında heç bir şəhərin Baş planı yeni deyil, hətta Naxçıvan şəhərinin ən yeni Baş planı 1983-cü ildə tərtib olunub. Bu, dövrün tələblərinə uyğun deyildi”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad şəhərində "Cümə" məscidinin bərpadan sonra açılışında jurnalistlərə müsahibəsində deyib.

F. Nəcəfli bildirib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, bu işlərə start verilib: “Dövlət Proqramı təsdiq olunarkən Naxçıvan Muxtar Respublikasında əsas şəhərlərin Baş planının işlənməsi ilə bağlı məsələyə baxdıq. Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planlarının işlənməsi ilə bağlı artıq işlər aparılır. Demək olar ki, Naxçıvan şəhəri ilə bağlı proses yekunlaşmaq üzrədir”.

O bildirib ki, Ordubad “Cümə” məscidinin bərpası 2023-2027-ci illər Dövlət Proqramının hədəf memarlıq abidələrindən biri sayılıb.

Onun sözlərinə görə, Ordubad və Şahbuz şəhərində İsveçrənin "SA Partner" şirkəti tərəfindən işlər aparılır: “Proses tam sürətlə gedir. Burada memarlıq abidələri, yaşayış massivləri, həm də iş yerləri ilə bağlı planlaşdırma aparılır. Planlaşdırma Avropa standarları səviyyəsindədir, yəni sənədləşdirmə DVD sənədləri və sair formatında aparılır, rəqəmsallaşdırılır".

Qeyd olunub ki, Ordubadın əsas abidələri, o cümlədən “Cümə” məscidinin bərpası əsas hədəflərdən biri olub:

"Çox təəssüf ki, burada aparılan nöqsanlı idarəetmə nəticəsində bizim tarixi, milli mədəni irsimizə aid olan izlər silinib. Biz çalışdıq ki, mümkün qədər bu izləri saxlamaqla abidənin təmir olunmasını yekunlaşdıraq. Buna nail ola bildik. Sevinirəm ki, bu gün uzun prosesdən sonra məscidin açılışını edirik. Hesab edirəm ki, bu, Ramazan ayında ordubadlıları sevindirəcək”.

Bildirilib ki, Ordubad şəhərində digər memarlıq abidələri ilə də bağlı bərpa işləri həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Mart 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri