Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikasında İTSDA nın filialı yaradılıb Sədr

Naxçıvan Muxtar Respublikasında İTSDA nın filialı yaradılıb Sədr

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasında icbari tibbi sığorta sisteminin vahid yanaşma əsasında tətbiqini təmin etmək məqsədilə mühüm institusional dəyişiklik həyata keçirilib. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Naxçıvan Muxtar Respublikasındakı filialı təsis olunub.

SİA xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Filialın yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta sisteminin effektiv və dayanıqlı şəkildə tətbiqini təmin etmək, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərə çıxışını genişləndirmək, eləcə də tibbi xidmətlərin maliyyələşdirilməsi mexanizmlərini daha da təkmilləşdirməkdir. Yeni struktur həm Agentliklə tibb müəssisələri arasında koordinasiyanı gücləndirəcək, həm də icbari tibbi sığorta haqlarının toplanması və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarət mexanizmlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Filial həmçinin əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırılması, ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili kimi funksiyaları icra edəcək. Bununla yanaşı, regionda icbari tibbi sığorta ilə bağlı proseslərin elektronlaşdırılması və informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsinə də dəstək veriləcək.

Filialın fəaliyyəti Agentliyin ümumi idarəetmə çərçivəsində, mövcud qanunvericilik aktlarına uyğun şəkildə təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri