Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fermer və təsərrüfatlar filialın xidmətlərindən istifadə etməklə aqrar sığorta mexanizminin üstünlüklərindən yararlana biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, filialın açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatının inkişafına dövlət dəstəyi barədə məlumat verib, aqrar sığorta mexanizminin bu dəstək formalarından biri olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradacaq, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə daha çox töhfə veriləcək.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova muxtar respublikada aqrar sığortanın tətbiqinin fermerlər üçün çoxdan gözlənilən mühüm yenilik olduğunu vurğulayıb. Onun sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan bu bölgədə tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa və sair hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Zərərlərin qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırdabuynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.

R.Əmircanov qeyd edib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən bu günə qədər müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 12 milyon manatdan artıq sığorta ödənişi edilib və bu məbləğ hər gün artır.

Açılış mərasimində çıxış edən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Fondun Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də öz taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. E.Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Aqrar Sığorta Fondunun Naxçıvan filialı ilə tanış olublar. Burada onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Naxçıvan şəhərinin İstiqlal küçəsi, 115 ünvanında fəaliyyət göstərən filial muxtar respublikanın bütün ərazisindəki fermer və təsərrüfatlara xidmət göstərəcək.

Naxçıvan filialı Aqrar Sığorta Fondunun bölgələrdəki sayca 7-ci filialıdır. Buna qədər Fondun Quba, Cəlilabad, Göyçay, Şəki, Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri