Icma.az
close
up
RU
“Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir”

“Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir”

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun  ölgənin strateji əhəmiyyətinin artdığını bildirib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Onun sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir.

“Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha da gücləndirir,” – deyə o vurğulayıb.

Ceyhun Cəlilov bildirib ki, Naxçıvanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”  dayanır.

Sənədin Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin etdiyini vurğulayan səlahiyyətli nümayəndə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpa olunan enerji layihələrinin prioritet istiqamətlər olduğunu qeyd edib.

O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.

“Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək”

Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək. “Zəngəzur dəhlizi Türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq,” – deyə səlahiyyətli nümayəndə vurğulayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://marja.az
archiveBu xəbər 04 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri