Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir” Kamaləddin Qafarov

“Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir” Kamaləddin Qafarov

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana budəfəki səfəri bir daha göstərdi ki, bu qədim diyarın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşan proses deyil.”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, burada təhlükəsizlik, enerji, iqtisadiyyat, sosial rifah və şəhərsalmanı vahid inkişaf strategiyasında birləşdirən uzunmüddətli yanaşmadan söhbət gedir. “Müsahibədə səslənən fikirlər bu sistemli baxışın mahiyyətini ortaya qoydu. Naxçıvan üçün ilk və ən mühüm şərt təhlükəsizlikdir. Dövlət başçısının qeyd etdiyi kimi, Muxtar Respublikanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Əlahiddə Ümumqoşun Ordunun müasir texnika ilə təchizatı və yeni komando hərbi hissələrinin yaradılması bu əraziyə münasibətdə təhlükəsizliyin daim prioritet olduğunu göstərir.” pizza mizza

Millət vəkili bildirib ki, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması iqtisadi inkişafın yeni mərhələsinə keçidin mühüm göstəricisidir:

“Park yeni istehsal sahələrinin, iş yerlərinin və investisiya imkanlarının formalaşmasına şərait yaradacaq. Burada 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması sənaye siyasəti ilə enerji təhlükəsizliyinin bir-birini tamamladığını göstərir. Naxçıvanın enerji siyasətində də yeni mərhələ başlayır. Məqsəd yalnız bölgənin tələbatını ödəmək deyil, gələcəkdə Naxçıvanı enerji ixrac edən mərkəzə çevirməkdir. Günəş və su elektrik stansiyalarının inkişafı, Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq 1000 meqavat səviyyəsinə çatdırılması imkanları və enerji saxlanc sistemlərinin yaradılması bu məqsədin real əsaslara söykəndiyini göstərir.

Beləliklə, Naxçıvan enerji təhlükəsizliyinin təmin olunduğu ərazidən regional enerji əməkdaşlığında mövqeyini gücləndirən mərkəzə çevrilir. Səfər çərçivəsində sosial və nəqliyyat layihələrinin gündəmə gəlməsi də inkişafın mərkəzində insan amilinin dayandığını göstərdi. Regional DOST Mərkəzinin açılması sosial xidmətlərin əlçatanlığını artırır, yeni elektrik avtobusları şəhər nəqliyyatında müasir və ekoloji yanaşmanı gücləndirir. 217 müasir avtobusun alınması, 420 kilometr yolun çəkilməsi və təmiri ilə bağlı planlar yenilənmənin yaşayış məntəqələrini də əhatə edəcəyini göstərir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın hazırlanması da strateji baxımdan əhəmiyyətlidir. Bu, şəhərsalmanın gələcək konsepsiya əsasında aparıldığını göstərir. Beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması isə zəngin tarixi və təbii imkanlara malik Naxçıvanın turizm potensialının daha geniş reallaşdırılmasına xidmət edəcək. Prezidentin səfərinin əsas mesajı belədir: artıq söhbət yalnız mövcud problemlərin həllindən deyil, Naxçıvanın böyük potensialının tam üzə çıxarılmasından gedir. Təhlükəsizliyi möhkəmlənən, enerji imkanları genişlənən, sənayeləşən, müasir şəhərsalma və sosial layihələrlə yenilənən Naxçıvan Azərbaycanın ümumi inkişaf xəritəsində daha mühüm mövqe tutur. Bu, dövlət siyasətinin ardıcıllığının və Naxçıvanın gələcəyinə olan inamın aydın ifadəsidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri