Icma.az
close
up
RU
Naxçıvan sakinlərinə MÜJDƏ FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikasında rayon marşrut xətlərinin mövcud vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətində yeni konsepsiyalar müzakirə edilib.
Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirilən görüşdə nazirliyin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları, o cümlədən yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.


Görüşün əsas məqsədi ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yaşayış məntəqələri arasında nəqliyyat əlçatanlığının genişləndirilməsi olub.
Muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, həyata keçirilən yeniliklər sərnişindaşıma sisteminin daha səmərəli təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib.
Bildirilib ki, yeni marşrut xətlərində müasir avtobuslardan istifadə olunacaq ki, bu da sərnişinlərin təhlükəsiz və rahat daşınmasına şərait yaradacaq.
Görüş zamanı AYNA tərəfindən hazırlanmış iki konseptual layihə təqdim olunub. Layihələrdən biri rayon və kəndlərin birbaşa Naxçıvan şəhəri ilə əlaqələndirilməsini, digəri isə kənd-rayon mərkəzi-şəhər üzrə mərhələli daşınma modelini nəzərdə tutur.
Təqdimat çərçivəsində mövcud marşrut şəbəkəsi, sərnişin tələbatı və mövcud problemlər təhlil edilib, həmçinin xəritə üzərində hazırkı və planlaşdırılan marşrutlar nümayiş olunub.
 

Bildirilib ki, təklif edilən yanaşmalar marşrut şəbəkəsinin optimallaşdırılmasına, sərnişin axınının düzgün istiqamətləndirilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, marşrutların müsabiqə əsasında daşıyıcılara verilməsi, yeni xətlərin yaradılması, xidmət keyfiyyəti və təhlükəsizlik məsələləri də müzakirə olunub.


Vurğulanıb ki, muxtar respublikada nəqliyyat infrastrukturunun inkişafı istiqamətində işlər davam etdiriləcək, əhalinin tələbatına uyğun olaraq yeni marşrutların açılması və mövcud xətlərin təkmilləşdirilməsi təmin olunacaq.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Aprel 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri