Icma.az
close
up
RU
Naxçıvan Sazişi Türk dünyasının birliyində strateji əhəmiyyət daşıyır ŞƏRH

Naxçıvan Sazişi Türk dünyasının birliyində strateji əhəmiyyət daşıyır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Ədalət və İnkişaf (AK) Partiyasının “Türk Dünyası Vizyon Sənədi”nin təqdimat proqramında səsləndirdiyi fikirlər Naxçıvan Sazişinin Türk dünyasının birliyində oynadığı tarixi və strateji rolu bir daha gündəmə gətirib. Həqiqətən də 2009-cu ildə imzalanan Naxçıvan Sazişi Türk dövlətləri arasında institusional əməkdaşlığın əsasını qoyaraq, Türk dünyası üçün əsl dönüş nöqtəsi olub və bu gün fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının bünövrəsini təşkil edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bayburd Universitetinin müəllimi, tarix elmləri doktoru, dosent Ramin Sadık söyləyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının təməlinin Naxçıvanda qoyulması olduqca mühüm amildir. Çünki Naxçıvan özü bütövlükdə Türk dünyası üçün çox vacib strateji nöqtədir. Belə ki, Naxçıvan Avropa ilə Mərkəzi Asiya türkləri arasında etibarlı nəqliyyat bağlantısı, könül körpüsü və düşüncə birliyinin rəmzidir.

“Naxçıvanın Türk dünyası üçün nə qədər əhəmiyyətli olduğunu Türkiyənin qurucu öndəri Mustafa Kamal Atatürk “Naxçıvan Türk dünyasına açılan qapıdır” fikri ilə qeyd edib. Bu mənada, Sazişin Naxçıvanda imzalanmasının əhəmiyyəti olduqca böyükdür. Digər tərəfdən, Naxçıvan Zəngəzur dəhlizi vasitəsilə Anadolu və Türküstanı bir-birinə birləşdirən körpüdür. Naxçıvan Sazişi bu körpünün Türk dünyası üçün strateji əhəmiyyətini qəbul və təsdiq edib. Həmçinin bu razılaşma Naxçıvanla bağlı fərqli fikirləri və niyyətləri olanlara da cavab mahiyyəti daşıyır. Bu cavab Naxçıvanın əzəli Türk torpağı olduğunun daha bir elanıdır. Məhz Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri Naxçıvanın əzəldən bəri Türk yurdu olduğunu bütün dünyaya dəfələrlə bəyan ediblər. Naxçıvandakı görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunub ki, bu da bugünkü Türk Dövlətləri Təşkilatının əsasını təşkil edir”, - deyə R.Sadık vurğulayıb.

Naxçıvan Sazişinin Türk dünyasını bir-birinə daha sıx bağladığını deyən dosent bildirib ki, sənəd bölgənin uzun boyu davam edən blokadadan çıxacağına inancın daşıyıcısı da olub.

“Türk dünyasının bütövləşləşməsi üçün Naxçıvanın blokadadan çıxması olduqca mühüm idi. Saziş bu mənada hələ 2009-cu ildə bu günlərə işıq tutan məşəl olub. Türk dünyası hər zaman Naxçıvanın blokadadan çıxmasının vacibliyinə olduğuna inandığını göstərib. Bu inam 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə reallaşıb. Məhz bundan sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adını Türk Dövlətləri Təşkilatına dəyişib. Bu baxımdan bu gün artıq Türkiyədən Naxçıvana doğru dəmir yolu xəttinin inşası, eyni zamanda, Naxçıvanda yerləşən dəmir yollarının təmiri və Azərbaycandan Naxçıvana uzanacaq Zəngəzur dəhlizinin tikintisi Türk dünyasının inteqrasiyası yolunda mühüm töhfədir. Məhz bu töhfələr Naxçıvan Sazişinin rolunu daha da önəmli edir”, - deyə o diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri